Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:57

Trump büdcə razılaşmasından məmnun deyil, amma...


ABŞ-Meksika sərhədində sərhədçilər
ABŞ-Meksika sərhədində sərhədçilər

ABŞ Prezidenti Donald Trump partiyasının artan təzyiqi nəticəsində ilkin büdcə razılaşmasını qəbul etməyə meylli görünür. Bu addım hökumətin ikinci dəfə bağlanmasını (şatdaun) önləyəcək. Ancaq prezidentin Meksikayla sərhədin hasarlanmasına tələb etdiyi məbləğin cüzi bir hissəsi sənədə salınıb.

Trump dünən – fevralın 12-də deyib ki, planı incələyəcək, amma bu həftəsonuna ikinci şatdaunu gözləmir. “The Associated Press” agentliyi yazır ki, prezident hasardan ötrü əlavə vəsaiti digər federal mənbələrdən qoparmağı planlaşdırdığını söyləyib.

“ƏLAVƏ İŞLƏR GÖRÜRÜK”

Xoşbəxt olduğumu deyə bilmərəm. Həyəcanlandığımı da söyləyə bilmərəm. Amma hasar onsuz da tikilir. Bunun məsələyə dəxli yoxdur, çünki burda danışdıqlarımızdan əlavə işlər görürük”, – Trump deyib.

Donald Trump Texasda çıxış edir, 11 fevral, 2019-cu il
Donald Trump Texasda çıxış edir, 11 fevral, 2019-cu il

Agentlik prezidentin ötən gecəki tvitində xeyli barışdırıcı göründüyünü də qeyd edir, o, “Sərhəd Təhlükəsizliyi məsələsində Radikal Solla gördüyü işə görə bütün respublikaçılara” təşəkkür edib.

Prezident sərhədin hasarlanmasına 5,7 milyard dollar istəyirdi. Demokratlar isə bunu artıq məsrəf sayırlar. Tərəflərin razılığa gəlməməsi səbəbindən hökumət 35 gün ərzində qismən bağlı qaldı.

Konqresmenlər bazar ertəsi axşam büdcə üzrə ilkin razılaşma əldə ediblər. Bu sənəddə sərhəddə baryerlərin ucaldılmasına 1,4 milyard dollar nəzərdə tutulur.

Bu razılaşma 88 kilometr uzunluqda yeni hasarın çəkilməsinə imkan verir. Ağ ev isə dekabrda 345 kilometrlik hasar tikintisini tələb edirdi. Hasar Texas ştatının Rio Grande vadisində çəkiləcək.

Razılaşmanın detallarının bu gün açıqlanacağı gözlənir, amma respublikaçılar Trump-ı onu imzalamağa çağırırlar.

“Ümid edirəm, o, layihəni imzalayacaq”, – Senatda çoxluğun lideri Mitch McConnell deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG