Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:50

Avropada media azadlığına təhdid və hücumlar ‘artır’


Slovakiyada Ján Kuciak-ın öldürülməsindən sonra etiraz yürüşü
Slovakiyada Ján Kuciak-ın öldürülməsindən sonra etiraz yürüşü

Jurnalistlərin fiziki təhlükəsizliyi və bütövlüyünə hücumların sayı artmaqdadır. Avropa Şurasının Jurnalistikanın və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının Tərəfdaş Qurumları illik hesabatda belə deyirlər.

Hesabatda ötən il fəaliyyətinə görə azı iki jurnalistin öldürüldüyü yada salınır. Onlardan biri Slovakiyada qətlə yetirilmiş Ján Kuciak, digəri Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülmüş Jamal Khashoggi-dir. Bolqarıstanda Viktoria Marinova-nın və Rusiyada Maksim Borodin-in qətli ətrafında isə xeyli suallar yaranıb.

Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

2018-ci ildə Platformada jurnalistlərin fiziki təhlükəsizliyi və bütövlüyünə hücumlarla bağlı 35 həyəcan siqnalı yerləşdirilib. Bu, həmin hücumların artdığını təsdiqləyir. Bu hücumlardan 29-u “1-ci səviyyə” kimi dəyərləndirilib, yəni media azadlığına ən kəskin və ziyanvurucu pozuntuları əhatələyir.

Yuxarıda sadalanan qətllərdən savayı Monteneqroda jurnalistin evinin qarşısında maşına qoyulmuş bomba partlayıb; bir jurnalistə yaşadığı mənzilin qapısında bıçaqla hücum olunub; Ukraynada araşdırmaçı xəbər vebsaytının qərargahına hücum edilib və sairə.

Platforma ötən il media və ayrı-ayrı jurnalistlərin ictimai şəkildə gözümçıxdıya salınması tendensiyasının yüksəldiyini vurğulayır. Belə hərəkətlər adətən sosial mediada da yayılır və beləliklə media işçiləri potensial hədəfə çevrilirlər.

Bu qəbuledilməzdir və davamlı pislənilməlidir. Platforma hakimiyyətin jurnalistlərin şikayətlərinə cavab vermədiyi halları da qeydə alır. 2018-ci ildə siyasi liderlər jurnalistlərə qarşı açıq bəyanatlar da səsləndiriblər – onların “nəsli kəsilən növ” olmamasından təəssüf bildirilib (Çexiya Respublikası), hökuməti tənqid edən jurnalistlərin siyahısı hazırlanıb və onlar “xəyanətkar” adlandırılıb (Serbiya)”, – hesabatda deyilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG