Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:26

Antikorrupsiya fəalı döyülərək öldürülüb


Rusiyada Alexei Navalny-nin anti-korrupsiya fondunda axtarış gedir, arxiv fotosu

Rusiyada antikorrupsiya fəalı maskalı şəxslər tərəfindən döyüləndən sonra dünyasını dəyişib.

Fevralın 11-də axşam Vinqradovo kəndində bir kişi bərk döyülüb, bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. Məlumatı İstintaq Komitəsi yayıb.

Həmkarı isə döyülən şəxsin Moskva Dairəsində Korrupsiyaya Qarşı Mərkəzin filial rəhbəri Dmitry Gribov olduğunu deyib.

Həmin QHT-nin Moskva filialının rəhbəri Viktor Kostromin deyir ki, Gribovun korrupsiyayala mübarizə cəhdlərinə görə hücuma məruz qaldığına inanır.

Bu cinayətin Gribovun ictimai və antikorrupsiya fəaliyyətinə bağlı olduğunu düşünürəm”, – Kostromin söyləyib.

Onun sözlərinə görə, hücumdan bir neçə saat öncə yerli məhkəmə Gribova qarşı daha öncə törədilmiş bir hücumla bağlı işə baxıb. Fəal da prosesə qatılıb.

Dörd il öncə naməlum şəxslər ona hücum etmiş, maşınını yandırmışdı.

XS
SM
MD
LG