Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:55

Birləşmiş Ştatların dövlət borcu 22 trilyon dolları keçib


Donald Trump

Birləşmiş Ştatların dövlət borcu yeni rekord vurub, ilk dəfə olaraq 22 trilyon dolları keçib.

Bu haqda ABŞ Xəzinədarlıq Departamenti fevralın 12-də açıqlama yayıb.

Hesabatda ölkənin dövlət borcunun 22,01 trilyon dollar olduğu göstərilir. Prezident Donald Trump 2017-ci ilin yanvarında vəzifəyə gələndə borc 19,95 trilyon dollar idi.

Konqres ötən il vergiləri 1,5 trilyon dollar azaldandan sonra Birləşmiş Ştatların borcu sürətlə artıb. Bundan başqa daxili və hərbi proqramlara xərclər də artırılıb.

Dövlət borcu illik büdcə defisitinin cəmidir.

Konqresin Büdcə İdarəsi defisitin gələn illər ərzində artacağını, 2022-ci ildən başlayaraq ildə 1 trilyon dolları aşacağını proqnozlaşdırır.

Beləliklə, bu göstərici ÜDM-nin 100 faizinə yaxınlaşacaq ki, 1946-cı ildən bəri bu səviyyə əldə olunmayıb.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Birləşmiş Ştatların borcu qlobal borca nisbətən yüksəkdir. Ondan sonra Yaponiya və Çin gəlir.

XS
SM
MD
LG