Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:46

Yoxlamalar genişləndirilir


Milli Məclis

Milli Məclisin bu gün, fevralın 12-də keçirilən plenar iclasında «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanuna dəyişiklik edilməsi barədə layihə qəbul olunub.

«Report» xəbər verir ki, dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir.

Təklif edilən dəyişikliyə əsasən isə, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.

Xatırlatma

«Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanun Milli Məclisdə 2015-ci ildə qəbul edilib. 2017-ci ildə isə onun müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

Rəsmilər bildirirdilər ki, belə bir qanunun qəbulundan sonra ölkədə yoxlamalar kəskin azalıb. Onların fikrincə, bu da prezidentin sahibkarlığa böyük dəstəyinin göstəricisidir. Ancaq bəzi ekspertlər də deyirdilər ki, qanun heç də tam gücü ilə işləmir.

Multimedia

XS
SM
MD
LG