Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Uyğurlar Çindən qohumlarının videosunu istəyir


Türkiyədə uyğurlara dəstək yürüşü keçirilir, arxiv fotosu
Türkiyədə uyğurlara dəstək yürüşü keçirilir, arxiv fotosu

Çinin etnik müsəlman uyğur icmasının üzvləri hakimiyyəti nəhəng islah düşərgələrində yoxa çıxmış qohumlarının videolarını yaymağa çağırır.

Fevralın 12-də #MənDəUyğuram (#MeTooUyghur) həştəqi ilə kampaniya başlanıb. Bundan öncə Çinin dövlət mediası uyğur musiqiçi Abdurehim Heyitin videosunu yayıb. Onun həbsdə öldüyü söylənirdi.

Videonun həqiqiliyini təsdiqlətmək mümkün olmayıb, onun harada, kim tərəfindən çəkildiyi də bəlli deyil.

Sincan vilayətində məsciddə etnik qazaxlar dua edir
Sincan vilayətində məsciddə etnik qazaxlar dua edir

“VALİDEYNLƏRİM BURAXILMALIDIR”

Ərim #MuhtarRozi dərhal buraxılmalıdır! #Valideynlərim dərhal buraxılmalıdır, onlar sarıdan çox narahatam. Onlar haradadır? Salamatdırlar, ya yox?”maryamhanim adlı Twitter istifadəçisi İstanbuldan yazıb.

“AbdurehimHeyit kimi onların da videosunu yayın”, – o yazıb.

Pekin uyğurlara qarşı siyasətinə görə getdikcə artan beynəlxalq təzyiqlə üz-üzədir. Ölkənin şimal-qərbində yerləşən Sincan regionunda digər türkdilli müsəlman icmaların da təzyiqlərə məruz qaldığı bildirilir.

BMT ekspertləri ötən il açıqladıqları hesabatda bildirirdilər ki, Çində “ekstremizmə qarşı mərkəzlər”də bir milyon adam saxlanır. Ekspertlər milyonlarla adamın məcburən təhsil düşərgələrinə göndərildiklərini deyirdilər.

Çin isə “könüllü təhsil mərkəzləri”nin məqsədinin adamları terrorçuluqdan uzaqlaşdırmaq, onların cəmiyyətə inteqrasiyasına imkan yaratmaq olduğunu deyir.

Çində yaşayan 15 milyon uyğur isə Pekin rejiminin idarəçiliyindən şikayətlənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG