Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Rusiya sovet ‘pripiska’larını işə salır?


Rusiyada suvenir mağazası
Rusiyada suvenir mağazası

Rusiyada nikbin iqtisadi məlumatlar iqtisadçıları, maliyyə təhlilçilərini, investisiya bankirlərinin gözünü bərəldib. Bəziləri düşünürlər ki, bu rəqəmlər siyasi məqsədlərlə təhrif olunur.

AzadlıqRadiosu-nun müxbiri Mike Eckel Rusiya dövlət statistika agentliyinin ötən ilin iqtisadi artımıyla bağlı fevralın 4-də açıqladığı məlumatı təhlil edir.

Rosstat ÜDM-nin 2,3 faiz artdığını deyir. Halbuki ekspertlər 1,8-2,1 arası artım proqnozlaşdırırdılar.

Bu məlumatın yayılmasından bir neçə həftə öncə statistika agentliyinə yeni başçı təyin olunub. Ondan əvvəlki iqtisadçı isə Prezident Vladimir Putin statistikanın yığılmasında problemlərin olması ehtimalını səsləndirəndən sonra istefa vermişdi.

Bəzi ekspertlərin və iqtisadçıların fikrincə, məmurlar köhnə sovet strategiyasını işə sala bilər. Axı kommunist hakimiyyəti də daima xoş olmayan məlumatları gizlətməyə, yaxud dəyişməyə çalışırdı.

“KÜÇƏDƏKİLƏRİN GÖZLƏNTİSİNDƏN YUXARIDIR”

Narahatedici haldır. Bu dəyərləndirmə küçədə istənilən adamın gözlədiyindən çox yuxarıdır. Bu, məlumatın etibarlılığı haqda suallar yaradır”, – Moskvada mənzillənən BCS Maliyyə Qrupunun aparıcı iqtisadçısı Vladimir Tikhomirov deyib.

Aleksei Kudrin
Aleksei Kudrin

Keçmiş maliyyə naziri, hazırda Hesablama Palatasına sədrlik edən Aleksei Kudrin isə tvitində daha aşağı – 1,5 faizlik artımdan söz açıb və bu, şübhələri daha da artırıb.

Hələlik, nə Rosstat, nə də ümumilikdə hökumət özəl sektor təhlilçilərinin və digərlərinin qaldırdığı sualları cavablandırıb.

Amma bu məsələ Prezident Vladimir Putin administrasiyası üçün həssas dönəmdə gündəmə gəlib. Maaşlar yubanır, inflyasiya 5 faiz civarındadır, Kremlin pensiya sistemində islahatlar proqramı küçə etirazları doğurub və sairə. Üstəlik, Qərbin sanksiyaları bankların qlobal kredit bazarlarına çıxışını məhdudlaşdırıb.

Rəy sorğuları Putinin populyarlığının martda yenidən bu posta seçiləndən gözəçarpan dərəcədə düşdüyünü göstərir.

Bəzi müşahidəçilərin fikrincə, Rosstat-ın sözügedən mübahisəli rəqəmləri 2018-ci ilin üçüncü rübündə açıqlanmış tikinti datasıyla əlaqədar ola bilər. Tikinti sektorunda artım isə Novatek qaz şirkətinin Yamal yarımadasında 27 milyardlıq zavod tikintisindən qaynaqlanırdı.

Yamal yarımadasında qaz rezervuarları
Yamal yarımadasında qaz rezervuarları

Amma Tikhomirov bu izahı qəbul eləmir.

Zavodu bir rübdə işə salırsan, tikintiylə bağlı məlumatlar isə bir neçə rübü əhatələmir. Əgər belə ediblərsə, yanlış metodologiyadır”, – o deyib.

Tikhomirov yenilənmiş iqtisadi məlumatların martın birinci yarısında yayılacağını, o zaman iqtisadçıların və ekspertlərin daha öncəki rəqəmləri yoxlamaq imkanları olacağını deyir.

SOVET XATİRƏLƏRİ

Melburn Universitetinin professoru Stephen Wheatcroft vaxtilə sovet statistika əməkdaşlarının siyasi baxımdan əlverişli məlumatlar hazırlamağa məcbur edildiklərini yada salır.

Məsələn, 1930-cu illərdə Sovet İttifaqını bürüyən aclıq dalğasından milyonlarla adam həlak olub. O zaman hökumətin statistika agentliklərinə Nikolai Osinsky adlı iqtisadçı rəhbərlik edirdi. O, 1931-32-ci illərdə buğda yığımının istehsal kvotasından aşağı olması barədə məlumat yayır. Amma bu, kommunist liderləri dilxor edir, Wheatcroft deyir.

Aleksandr Surinov
Aleksandr Surinov

Dörd il sonra, 1936-cı ildə Osinsky ətrafında problemlər yaranır. O, 1937-ci ildə Stalin dövrünün Böyük Terroru zamanı ölümə məhkum edilir, bir il sonra edam olunur.

Wheatcroft 1937-ci ildə əhalinin siyahıya alınmasının da statistika işçiləri üçün sonradan başağrısı yaratdığını vurğulayır. Yekun rəqəmlər Sovet İttifaqının əhalisinin gözlənildiyindən 16 milyon nəfər az olduğunu üzə çıxarmışdı. Bu da elə aclıqdan dolayı ölüm hallarının artmasının nəticəsi idi.

Bu siyahıyaalmanın nəticəsi etibarsız elan olundu, Dövlət Statistika İdarəsinin rəhbəri, xeyli sayda demoqraflar ya edam olundu, ya da düşərgələrə göndərildi”, – o deyir.

Amma bir məsələ də var ki, problemlərə baxmayaraq, Rusiya iqtisadiyyatı hazırda nisbətən möhkəm sayılır. Dövlət rifah fondunun durumu yaxşıdır, dünyanın ən böyük qızıl ehtiyatları bu ölkədədir və sairə.

İqtisadi statistikanın ölkədəki durumu nə dərəcədə əks etdirməsi məsələsi isə Putinin dekabrın 20-də keçirdiyi illik mətbuat konfransı zamanı ortaya çıxıb. Bir jurnalist rəsmi məlumatların nə dərəcədə etibarlı olub-olmamasını soruşub.

“Narahatlığınız anlaşılandır, bunu qismən paylaşıram, amma rəqəmlərin haradan gəldiyini, onların nə demək olduğunu, onlara necə reaksiya vermək gərəkdiyini adamlara daha yaxşı izah etmək lazımdır”, – Putin deyib.

Bu mətbuat konfransından bir neçə gün sonra Rosstat rəhbəri Aleksandr Surinov istefa verdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG