Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:58

Belarusda redaktorun məhkəməsi başlanır


Maryna Zolatava

Fevralın 12-də Belarusda ən böyük müstəqil xəbər saytı redaktorunun məhkəməsi başlanır. Tut.by və daha iki vebsayt dövlət xəbər agentliyindən qanunsuz yolla informasiya əldə etməkdə ittiham olunur.

Baş redaktor Maryna Zolatava-nın məhkəməsi Minskdə keçirilir.

Bu cinayət işi insan haqları fəallarının narahatlığına səbəb olub. Onlar Prezident Alyaksandr Lukashenka hökumətinin mətbuata məhdudiyyətləri artırdığını deyirlər.

Avqustda polis Tut.by-nin Minsk ofisində və BelaPan portalının ofisində axtarış aparmışdı. Bir neçə müxbir, o cümlədən Zolatava saxlanmışdı.

Belarusun İstintaq Komitəsi sonradan iddia elədi ki, bu portalların ofislərində olan kompüterlərdən ayrıca hesab və paroldan istifadə olunmaqka BelTA-nın ödənişli abunəçisinə çıxış əldə edilib. Hədəfdə olan daha bir sayt Belarusskaya Nauka-dır.

İlkin olaraq 15 nəfərə ittiham verilsə də, sonradan Zolatava-dan başqa hamısı cərimə ödəyərək buraxıldı. Zolatava-ya “rəsmi fəaliyyətsizlik” maddəsi də irəli sürülüb. Amma o, ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG