Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 14:02

Soros Avropanı oyanmağa çağırır – Qərb mediası


1989-cu ildə Şərqi Almaniyada siyasi islahatlar tələbilə etiraz aksiyası
1989-cu ildə Şərqi Almaniyada siyasi islahatlar tələbilə etiraz aksiyası

Avropanı həm daxili, həm də xarici düşmənlərindən qorumaq yolunda ilk addım mövcud təhdidin miqyasını dərk etməkdir. İkinci addım isə yatmaqda olan avropapərəst çoxluğu yuxudan oyatmaq, onu AB-inin qurulduğu dəyərlərin müdafiəsindən ötrü səfərbər etməkdir. Bunu “Project Syndicate” portalında milyarder George Soros yazır.

“Avropa unutqanlıq yuxusuna girib və Avropa xalqı çox gec olmadan oyanmalıdır. Oyanmasalar, Avropa Birliyi də 1991-ci ildə Sovet İttifaqının getdiyi yolu gedəcək. Nə liderlərimiz, nə də sıravi vətəndaşlarımız inqilabı məqamda olduğumuzu, imkanların miqyasının genişliyini, sonucların xeyli dərəcədə qeyri-müəyyən olduğunu anlayır”, – Açıq Cəmiyyət Fondunun sədri yazır.

George Soros Davos forumunda çıxış edir
George Soros Davos forumunda çıxış edir

Müəllif növbəti dəyişmə məqamının bu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə düşdüyünü vurğulayır. “Təəssüf ki, anti-Avropa qüvvələr səsvermədə rəqabət üstünlüyünə malik olacaqlar. Bunun bir sıra səbəbləri var, bir səbəb də Avropa ölkələrinin çoxunda köhnəlmiş partiya sisteminin mövcudluğudur… Avropa Birliyinin qurulduğu prinsipləri pozan üzv ölkələri cəzalandırmağa hüquqi alətlər də yoxdur. Avropa Birliyi qanunlarını üzv ölkələrə tətbiq edə bilər, amma üzvlərini ona əməl etdirməyə yetəcək gücü yoxdur”, – milyarder vurğulayır.

Avropa Birliyinin dominant ölkəsi Almaniyadır, Almaniyada dominant siyasi alyans – Xristian Demokratik Birliyi (CDU) ilə Bavariyadakı Xristian Sosial Birliyinin (CSU) alyansı isə daha möhkəm deyil. Bavariyada CSU səviyyəsində partiya olmadıqca bu alyans işlədi. Amma ekstremist Almaniya üçün Alternativin (AfD) yüksəlişi ilə durum dəyişdi. Ötən sentyabr seçkisində CSU son 60 ilin ən pis nəticəsini göstərdi və AfD ilk dəfə olaraq Bavariya Parlamentinə girdi”, – yazan müəllif AfD-nin yüksəlişinin SDU-CSU alyansının mövcudluq səbəbini dəyişdiyini vurğulayır.

Amma məqalədə durumun tam ümidsiz olmadığı da qeyd edilir. Belə ki, Yaşıllar Partiyası ölkənin yeganə davamlı avropapərəst partiyası kimi inkişaf edir, rəy sorğularında da mövqeyini möhkəmləndirir.

Seçicilər sərhədlərin açılmasını istəyir

“The New York Times” qəzetində Daniel Denvir yazır ki, amerikalı seçicilər sərhəddə hasar deyil, sərhədlərin daha da açılmasını istəyir və demokratlar onlara qulaq asmalıdırlar.

ABŞ-Meksika sərhədində hərbçilər
ABŞ-Meksika sərhədində hərbçilər

Qeyd edək ki, ABŞ-ın Meksikayla sərhədində hasarın maliyyələşdirilməsi məsələsi Prezident Donald Trump ilə demokratlar arasında mübahisə yaradıb, bu da hökumətin 35 gün ərzində qapalı qalmasına səbəb olub. Amma konqresmenlərin fevralın 11-də büdcəylə bağlı ilkin razılaşma əldə etdiyi xəbər verilir.

Amma müəllif yazır ki, demokratlar da sərhəd təhlükəsizliyinin gərəkdiyini vurğulayır. Onlar sərhədin hasarlanmasına 6 milyard dolların ayrılmasına qarşıdırlar, ancaq “smart divar”a tərəfdar olduqlarını deyirlər. Məsələn, sərhədçilərin sayının artırılması təklif olunur.

Bu da pis siyasətdir. Demokratlar seçicilərin istəyinə qulaq verməlidirlər, seçicilər sərhədlərin daha da açılmasını istəyirlər. Demokratlar immiqrasiyayla bağlı müzakirənin mövzusunu dəyişməlidirlər, daha artıq “təhlükəsizlik”dən deyil, əsl problemdən – miqrantların hüquqlarının təmin olunmamasından danışmalıdırlar. Demokrat Partiyasının sərhədləri daha çox açmağa yönəlik konkret siyasət yürütməsinin vaxtı çatıb”, – müəllif yazır.

Pakistanın Karaçi şəhəri, arxiv fotosu
Pakistanın Karaçi şəhəri, arxiv fotosu

İqlim dəyişikliyi böyük təhdiddir

Dünya əhalisi iqlim dəyişikliyinin ölkələrinə ciddi təhdid yaratması fikrilə razılaşırlar. Bunu “Pew” araşdırmalar mərkəzinin ötən ilin yazında 26 ölkədə keçirdiyi rəy sorğusu üzə çıxarıb. 13 ölkənin sakinləri isə iqlim dəyişikliyini beynəlxalq təhdidlər içində birinci yerə qoyur.

Ancaq qlobal istiləşmə narahatlıq mənbələrindən yalnız biridir. Özəlliklə İŞİD kimi tanınan İslam Dövləti silahlı qruplaşmasından qaynaqlanan terrorçuluq, kiberhücumlar təhlükəsizliyə böyük hədələr kimi sadalanır.

Rusiya, Fransa, İndoneziya, Nigeriya daxil olmaqla, rəy sorğusu keçirilən ölkələrin səkkizində İŞİD başlıca təhdid hesab olunur.

Yaponiya və Birləşmiş Ştatlar daxil dörd ölkədə isə adamlar digər ölkələrin kiberhücumlarını əsas beynəlxalq narahatlıq mənbəyi hesab edirlər.

Bircə ölkədə – Polşada Rusiyanın gücü və nüfuzu əsas hədə sayılır, digər yerlərdə isə Rusiyanın böyük narahatlıq mənbəyi olduğunu düşünənlər çox deyil.

XS
SM
MD
LG