Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:12

Konqresmenlər büdcəylə bağlı ilkin razılaşma əldə ediblər


Donald Trump, arxiv fotosu
Donald Trump, arxiv fotosu

ABŞ konqresmenləri hökumətin yenidən qismən bağlanma ehtimalını önləməkdən ötrü ilkin büdcə razılaşması əldə etdiklərini deyirlər. Bunun üçün fevralın 15-i son tarix qoyulmuşdu.

Konqres təmsilçilərinin fevralın 11-də bildirməsinə görə, razılaşmaya ABŞ-ın Meksikayla sərhədində yeni baryerlər çəkilməsinə qismən maliyyə ayrılması daxildir. Amma söhbət heç də Prezident Donald Trump-ın sərhədin tam hasarlanması üçün tələb etdiyi məbləğdən getmir.

Konqresdəki demokratlar Trump-ın istədiyi 6 milyard dollara yaxın vəsaiti ayırmaqdan imtina edir, bunu pul itkisi adlandırırlar. Respublikaçılar isə hökumətin bir daha bağlanmasını önləməyə çalışırdılar.

35 günlük “şatdaun” ötən ay bitdi. Yüz minlərlə federal işçi maaşsız qalmışdı. Rəy sorğuları amerikalıların buna görə Trump-ı suçladığını üzə çıxarıb.

Vaşinqtonda razılaşma elan edildiyi bir vaxtda Trump Texas ştatının sərhəd El Paso şəhərində deyib ki, hasar amerikalıları zorakı kriminallardan, qanunsuz narkotik maddələrdən qoruyar.

Prezident son həftələr hədələyirdi ki, Konqres ona hasarı tikməyə pul ayırmasa, “fövqəladə vəziyyət” elan edəcək. Amma belə bir addımın qanuniliyi sual doğururdu.

Konstitusiyaya görə, büdcəylə bağlı məsələləri təsdiqləmək səlahiyyəti Konqresə məxsusdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG