Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:37

Təhlükəsizlik xidmətinin keçmiş rəhbərinə qarşı 'istintaq gedir'


Ikhtiyor Abdullaev
Ikhtiyor Abdullaev

Özbəkistanın təhlükəsizlik xidmətinin keçmiş rəhbərinə qarşı istintaq aparılır. Bunu məsələdən xəbərdar şəxslər deyir.

Fevralın 11-də Özbəkistan prezidenti Ikhtiyor Abdullaev-in sağlıq problemləri ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyindən istefa verdiyini açıqlayıb.

Abdullaev-in qəfil istefası, ona qarşı istintaq aparılması barədə məlumatlar Özbəkistanın aparıcı rəsmilərinin təqibə məruz qaldığı bir dönəmdə baş verir.

Prezident Shavkat Mirziyoev-in idarəsi bildirib ki, 52 yaşlı Abdullaev onurğasında iki dəfə əməliyyat aparıldıqdan sonra istefa verib.

RÜŞVƏTXORLUQ VƏ HAKİMİYYƏTDƏN SUİ-İSTİFADƏ

Hökumətə yaxın üç mənbə AzadlıqRadiosu-nun özbək xidmətinə deyib ki, fevralın 8-də Abdullaev-ə qarşı rüşvətxorluq və hakimiyyətdən sui-istifadə ittihamları ilə cinayət işi açılıb. Rəsmilər anonimlik şərtilə danışıblar.

Rustam Inoyatov (solda) Çində, arxiv fotosu
Rustam Inoyatov (solda) Çində, arxiv fotosu

Hüquq-mühafizə orqanları bu məlumatı təsdiqləməyib. Baş Prokurorluqdan AzadlıqRadiosu-na deyiblər ki, “bu məsələ barədə məlumatımız yoxdur”.

2006-cı ildə Islam Karimov-un ölümündən sonra prezident postuna keçən Mirziyoev xeyli sayda məmuru işdən çıxarıb.

Abdullaev 2018-ci ilin yanvarında Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə gətirilib. Ondan öncə uzun müddət bu postda Rustam Inoyatov idi və xidmət güclü və qorxu yaradan bir agentliyə çevrilmişdi.

Baş prokurorluq isə xüsusi intriqa obyekti kimi diqqət mərkəzində idi. Abdullaev təhlükəsizlik xidmətinin başına keçməzdən öncə baş prokuror vəzifəsində çalışırdı.

Mirziyoev 2017-ci ildə baş prokurorluğu sərt tənqid etmiş, onun əməkdaşlarını “”ən böyük oğrular” adlandırmışdı. Baş prokuror Rashidjon Qodirov 2018-ci ilin fevralında işdən çıxarılıb, daha sonra həbs olunub.

Ötən ay AzadlıqRadiosu məhkəmə məmurlarından Qodirov-un işinin Daşkənddə məhkəmədə başlandığını öyrənə bilib.

Maliyyə Nazirliyinin yüzlərlə əməkdaşı da işdən çıxarılıb. Mirziyoev bu nazirliyi korrupsiyaya görə tənqid etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG