Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:35

ABŞ Khashoggi-nin qətlini ört-basdır etməyə ‘çalışmır’


Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

Prezident Donald Trump administrasiyası səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətlini ört-basdır etməyə çalışmır. Bunu ABŞ-ın baş diplomatı deyir.

Dövlət katibi Mike Pompeo fevralın 11-də Macarıstana səfəri zamanı jurnalistlərin suallarını cavablandııb.

Bu iddiaları demokrat və respublikaçı konqresmenlər səsləndirib. Onlar Trump administrasiyasının jurnalistin ölümünə görə kimin məsuliyyət daşıdığını müəyyənləşdirmıli olan hesabatı Konqresə göndərməməsinə diqqət çəkirlər.

Ötən il 20-dək respublikaçı və demokrat senator Khashoggi-nin qətlini araşdırmağa, Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salmanın bu qətlə görə məsuliyyətinin olub-olmamasını təyin etməyə çağırıb.

Mike Pompeo
Mike Pompeo

“AMERİKA İFLASIN BU SƏVİYYƏSİNƏ ENMƏMƏLİDİR”

Bu təhqiqatın Qlobal Maqnitski Aktı çərçivəsində aparılması istənilib.

Prezidentdən tələb olunub ki, fevralın 8-dək senatın Xarici əlaqələr komitəsinə hesabat təqdim etsin.

Pompeo senat komitəsində aparıcı demokrat Bob Menendezə məktubunda yazıb ki, Trump jurnalistin ölümünün dərhal araşdırılmasını istəyib.

“The Washington Post” qəzetinin köşə yazarı olan Khashoggi Səudiyyənin kral ailəsinin tənqidçisi idi. O, oktyabrda Səudiyyənin İstanbuldakı konsulluğuna qətlə yetirilib.

“Amerika qətli ört-basdır eləmir”, – Pompeo deyib.

Khashoggi-nin yaşadığı Virciniya ştatından demokrat senator Tim Kaine administrasiyasını suçlamışdı.

Amerika heç vaxt mənəvi iflasın bu səviyyəsinə enməməlidir. Konqres Səudiyyə Ərəbistanının bu dəhşətli cinayətə görə mühakimə olunması yönündə cəhdlərini yumşaltmayacaq”, – Kaine bəyanatında deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG