Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:28

Breksitin bədəli: Britaniya iqtisadiyyatı zəifləyib


Britaniya parlamenti qarşısında nümayiş, arxiv fotosu
Britaniya parlamenti qarşısında nümayiş, arxiv fotosu

Breksitlə bağlı qeyri-müəyyənliyin artması ötən il Britaniya iqtisadiyyarını zəiflədib. Bunu bu gün – fevralın 11-də açıqlanmış rəsmi rəqəmlər üzə çıxarıb.

Dövlət Statistika İdarəsinin məlumatına görə, dördüncü rübdə Britaniya iqtisadiyyatı cəmi 0,2 faiz artıb ki, bu da üçüncü rübdəki 0,6 faizdən azdır.

Ümumilikdə ötən il iqtisadiyyat 1,4 faiz artıb. Bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin il, qlobal maliyyə böhranından dolayı ölkə iqtisadiyyatı 4,2 faiz azalmışdı.

Theresa May
Theresa May

“BREKSİT DUMANI”

“The Associated Press” agentliyi yazır ki, statistika işçiləri azalmaya görə birbaşa Breksiti- Britaniyanın Avropa Birliyindən gözlənilən çıxmasını günahlandırmasalar da, bu proseslə bağlı qeyri-müəyyənliyin iqtisadi fəaliyyətə təsirinə dair xeyli dəlil ortadadır. Ən çox təsirə biznes investisiyaları məruz qalır. Marta planlaşdırılan Breksitdən sonra ölkənin AB ilə ticarət münasibətinin necə olacağına dair şirkətlərin elə bir fikri yoxdur.

Statistika idarəsinin ÜDM göstəriciləri üzrə rəsmisi Rob Kent-Smith yavaşımanın özəlliklə avtomobil istehsalı və polad hasilatında “kəskin” göründüyünü deyib. Bunun yerini xidmət sektorunda davamlı artım doldura bilib. Xidmət sektoru Britaniya iqtisadiyyatının 80 faizə qədərini təşkil edir.

2016-cı ildə Breksit səsverməsindən sonra Britaniya iqtisadiyyatı yaxşı “dayanmışdı”. Amma həmin gün yaxınlaşdıqca şirkətlər “əsəbiləşir”. İngiltərə Bankının “Breksit dumanı” adlandırdığı qeyri-müəyyənliyin tezliklə aradan qalxacağının da hansısa əlaməti görünmür.

Bu arada Baş nazir Theresa May ötən il AB ilə razılaşdırdığı Breksit sazişini xilas etməyə çalışır. Britaniya deputatları sazişi rədd ediblər və May AB-dən əlavə güzəştlər qoparmağa çalışır. Əsas mübahisə AB üzvü olan İrlandiya ilə Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiya arasında “sərt sərhəd” qoyulmamasını nəzərdə tutan maddəylə bağlıdır.

Baş nazirin hansısa güzəşt əldə edib-etməyəcəyi sual altındadır və son həftələr Britaniyanın AB-dən sazişsiz çıxa biləcəyi sarıdan qorxu artıb. Bu, ən pis ssenari sayılır. İngiltərə Bankının bildirməsinə görə, bu halda ölkə iqtisadiyyatı bir neçə ay ərzində 8 faiz azala, evlərin qiyməti 30 faizədək düşə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG