Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:17

Məktəbli müəlliməsini və sinif yoldaşını öldürüb


Hadisə yeri

Belarusda yeniyetmə müəlliməsini və sinif yoldaşını bıçaqlayaraq öldürüb.

İstintaq Komitəsi hadisənin Minskdən 65 kilometr cənub-qərbdə yerləşən Stouptsi şəhərində baş verdiyini bildirir. Bir məktəbli fevralın 11-də müəlliməsinə və üç sinif yoldaşına bıçaqla hücum çəkib.

Müəllimə və şagirdlərdən biri öldürülüb, iki şagird yaralanaraq xəstəxanaya yerləşdirilib.

2003-cü il təvəllüdlü məktəblinin hadisə yerindən qaçdığı, amma az sonra yaxalandığı bildirilir.

İstintaq Komitəsi hadisəylə bağlı cinayət işi açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG