Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:17

ABŞ hökuməti yenidən bağlana bilər – Qərb mediası


ABŞ-Meksika sərhədi
ABŞ-Meksika sərhədi

Amerikalı konqresmenlərin Meksikayla sərhədin hasarlanması üzrə danışıqları dalana dirənib. Bu haqda ABŞ Milli İctimai Radiosu xəbər yayıb. Söhbət hasar tikintisinin maliyyələşdirilməsi üzrə demokratlarla respublikaçıların apardıqları danışıqlardan gedir.

Məsələ bundadır ki, tərəflər fevralın 15-i gecəyarısınadək razılığa gələ bilməsələr, dövlət idarələrinin bir hissəsi büdcənin təsdiqlənməməsi ucbatından yenidən bağlana bilər. Bundan əvvəlki “şatdaun” 35 gün çəkib və Amerika tarixinə hökumətin ən uzunmüddətli bağlanışı kimi düşüb.

Danışıqlarda iştirak edən respublikaçı senator Richard Shelby bazar günü Fox News-a deyib ki, razılaşmanın əldə olunma şansı 50-50-yədir. “Məncə, növbəti 24 saat vacibdir. Sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün bəzi razılaşmalar əldə edə bilərik”, – Shelby deyib.

Senator Richard Shelby
Senator Richard Shelby

Konqresdəki demokrat mənbənin radioya deməsinə görə, danışıqlarda mübahisə İmmiqrasiya və Gömrük Xidmətində neçə saxlama yerinin maliyyələşdirilməsi ilə bağlı yaranıb. Demokratlar çarpayı sayını azaltmaqla Trump administrasiyasını viza rejimini pozan mühacirləri deyil, ciddi təhlükə yaradan cinayətkarları saxlayaraq deportasiya etməyə məcbur etmək istəyir.

Prezident Donald Trump sərhədin hasarlanmasına 5,7 milyard dollar istəyir. Trump bazar günü tvitində yazıb ki, demokratlar hasara görə “çox kiçik məbləğ təklif edirlər”.

“The New York Times” qəzetinin yazmasına görə, demokratlar 5,7 milyarda razı olmasalar da, 1,3-2 milyard dolların ayrılmasına razıdırlar, əgər Ağ ev çarpayıların məhdudlaşdırılmasında güzəştə gedərsə.

“Politico” isə daha bir variantın – mövcud büdcənin əsas parametrləri üzrə bütün maliyyə ilinə dair “avtomatik büdcə”nin müzakirə olunduğunu yazır.

Tailand şahzadəsinin namizədliyi məsələsinə baxılır

Bu gün – fevralın 11-də Tailandın Seçki Komissiyası şahzadənin baş nazirliyə namizədliyini nəzərdən keçirəcək. Kral Maha Vajiralongkorn bacısının namizədliyini verməsini “yersiz” və qeyri-konstitusion adlandırıb.

Şahzadə Ubolratana
Şahzadə Ubolratana

67 yaşlı Şahzadə Ubolratana Rajakanya Sirivadhana Barnavadi-nin baş nazirliyə namizədliyini populist Thai Raksa Chart partiyası irəli sürüb. Seçki komissiyası həmin partiyanın qadağan olunması tələbini də nəzərdən keçirməlidir.

Bu partiya güclü Şinavatra klanına bağlıdır və şahzadənin namizədliyini onların irəli sürməsi ölkədə şayiələrə yol açıb. Taliand xuntasının rəhbəri isə ölkədə dövlət çevrilişinin gözlənməsi barədə yayılan xəbərləri “saxta” adlandırıb.

Şahzadə Ubolratana kralın böyük bacısıdır. Seçki isə martın 24-nə planlaşdırılır.

Seçki komissiyası şahzadənin namizədliyinin irəli sürülməsinin konstitusiyaya zidd olub-olmadığını nəzərdən keçirəcək. Bu, partiyanın qapadılması ynündə ilk addım sayılır.

“Frans Pres” agentliyi Tailandda Twitter sosial şəbəkəsində #coup (dövlət çevrilişi) həştəqinin ilk onluqda yer aldığını yazır. Hakim xunta rəhbəri Prayut Chan-O-Cha isə bu şayiələri rədd edib:

“Şayiələr...? Araşdırırıq. Saxta xəbərlərdir”, – o, hökumət evində jurnalistlərə deyib.

Prayut 2014-cü ildə hökumətə qarşı çevrilişi təşkil edərək hakimiyyətə gəlib. Onda hakimiyyətdə keçmiş baş nazir, milyarder Thaksin Shinawatra-nın bacısı idi. Thai Raksa Chart partiyası da milyarderindir.

1932-ci ildə mütləq monarxiya bitəndən bəri Tailandda generallar hakimiyyəti 12 dəfə ələ keçiriblər.

Keçmiş ordu rəhbəri olan Prayut seçkidən sonra baş nazirə dəstək olmağa razılaşıb. Ordunun cızdığı konstitusiya da onun tərəfindədir.

Amma tənqidçilər onun hakimiyyəti mənimsədiyini deyir. Kral ötən il orduya Prayut-a rəqib fraksiyadan rəhbər təyin edib.

XS
SM
MD
LG