Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:25

Hökumət 56 milyon manat 'irəli düşüb'


Pensiya növbəsi

Pensiyaya çaxmaq ilə bağlı yaş həddinin qaldırılmasına dair qanunvericiliyə edilən dəyişiklik «nəticə» verməyə başlayıb.

Bunu AzadlıqRadiosuna iqtisadçı Nemət Əliyev bildirib. Onun sözlərinə görə, təkcə bircə ildə, yəni 2018-ci ildə pensiyaçıların sayı 20.9 min nəfər azalaraq 1 milyon 320.4 mindən 1 milyon 299.5 minə düşüb.

«Orta aylıq pensiya məbləğinin 222.6 manat olmasını nəzərə alıb sadə hesablama etsək, məlum olur ki, hökumət pensiyaçıların hesabına bir aya təqribən 4.6 milyon manat, bir ilə 56 milyon manata yaxın irəli düşüb»,-deyə iqtisadçı vurğulayıb.

Müxalif və müstəqil iqtisadçılar Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hökuməti daim tənqid edirlər. Rəsmilər isə belə tənqidləri düzgün saymayaraq, bunu islahatların tərkibi adlandırırlar.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiyaya yaşı artırılıb. Pensiyaya çıxmaq həddi həm qadınlarda, həm də kişilərdə 65 yaş müəyyən edilib.

Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi.

Lakin bu müddət mərhələli şəkildə uzadılır. Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG