Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:06

ABŞ əsgərlərinin Suriyadan çıxarılması ‘bir neçə həftəyə’ başlana bilər


Suriyada ABŞ hərbi texnikası
Suriyada ABŞ hərbi texnikası

Yaxın Şərqdəki ABŞ qüvvələrinə cavabdeh Pentaqon komandiri deyir ki, Birləşmiş Ştatların Suriyadakı əsgərlərinin çıxarılmasına “bir neçə həftəyə” başlana bilər.

Həm də ABŞ Mərkəzi Komandanlığının rəhbəri olan general Joseph Votel fevralın 10-da bildirib ki, qoşunların çıxarılmasının dəqiq vaxtı ölkədəki durumdan asılıdır. Suriyada 2 min ABŞ əsgəri İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı savaşan ərəb və kürd döyüşçülərinə kömək edir.

Qoşunların çıxarılması bir neçə günə, yaxud həftəyə başlana bilər sualını Votel “yəqin ki bir neçə həftəyə. Amma yenə deyirəm, bu, ölkədəki durumdan asılı olacaq” cavabını verib.

Əsgərlərin çıxarılmasına dair ziddiyyətli məlumatlar gəlir, bəzi məlumatlarda hətta prosesin başlandığı iddia olunur.

“OLMAQ İSTƏDİYİMİZ YERDƏYİK”

Yaxın Şərqə səfəri zamanı ABŞ hərbi təyyarəsində jurnalistlərə danışan Votel deyib ki, “çıxarılma məsələsində... məncə, olmaq istədiyimiz yerdəyik”.

Joseph Votel
Joseph Votel

“Adamları daşımaq avadanlığı daşımaqdan asandır və hazırda etməyə çalışdığımız şey bizə gərək olmayan materialları, avadanlığı təmizləməkdir”, – deyən general çıxarılma prosesinin nə vaxt tamamlanacağı vaxtı da açıqlamayıb.

Prezident Donald Trump Suriyadakı 2 min hərbçini çıxaracağını dekabrda elan etdi. Prezident dedi ki, İŞİD yaraqlıları məğlub edildiyindən daha əsgərlərə ehtiyac yoxdur.

Amma Trump-ın planını həm respublikaçılar, həm demokratlar, həm də digər dövlət rəsmiləri pisləyib. Onlar bunu tələsik qərar adlandırır, kürd müttəfiqlərin Türkiyənin ümidinə qalacağını deyirlər.

Votel isə fevralın 5-də senatın Silahlı xidmətlər komitəsində deyib ki, ABŞ əsgərlərinin Suriyadan çıxarılması açıqlanmazdan öncə onunla məsləhətləşmə aparılmayıb.

General jurnalistlərə onu da deyib ki, Birləşmiş Ştatların qonşu İraqda hərbçi sayını artıracağını düşünmür. Həmin ölkədə 5 min Amerika hərbçisi Bağdadın İŞİD-lə mübarizəsinə kömək edir.

Trump isə fevralın 3-də demişdi ki, İraqdakı ABŞ hərbi bazasından İrana “göz qoymaq” istəyir, çünki İran “əsl problemdir”.

İraq prezidenti Barham Salih bir gün sonra qeyd etdi ki, Trump bundan ötrü Bağdaddan icazə almayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG