Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:31

ABŞ təmsilçiləri Çinə gedib


Robert Lighthizer (sağda) və Liu He (solda) Vaşinqtonda danışıqlarda, 30 yanvar, 2019-cu il

ABŞ təmsilçiləri danışıq aparmaq üçün Çinə gedib. Prezident Donald Trump-ın martın 1-dək qoyduğu son tarix başa çatmaq üzrədir və tərəflər ticarət müharibəsinin qızışmasını önləməyə çalışırlar.

Fevralın 11-də ikitərəfli danışıqlar başlanır. Birləşmiş Ştatların Ticarət Nümayəndəsi Robert Lighthizer və Maliyyə naziri Steven Mnuchin fevralın 14-15-də danışıqlara qoşulacaqlar.

Trump-ın Dünya Bankının sədrliyinə namizədliyini verdiyi David Malpass da danışıqlara qatılacaq.

Çinin nümayəndə heyətinə isə baş nazirin müavini Liu He və Mərkəzi Bank rəhbəri Yi Gang başçılıq edəcək.

Birləşmiş Ştatlar dekabrda Çindən 200 milyard dollarlıq məhsula tariflərin 10 faizdən 25 faizə qaldırmaq planını ertələyib.

Danışıqların əvvəlki raundu yanvarda Vaşinqtonda keçirilmişdi. Amma razılaşmanın əldə olunmaması bazarlarda çaxnaşma yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG