Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:28

Türkiyə Çinin uyğurlara münasibətini pisləyir


Türkiyədə uyğurlara dəstək aksiyası

Türkiyə Çinin müsəlman uyğun azlığına qarşı davranışını “bəşəriyyət üçün böyük utanc səbəbi” adlandırıb.

“Bir milyondan çox uyğurun düşərgələrdə və həbsxanalarda işgəncəyə və beyinlərin siyasi baxımdan yuyulmasına məruz qalması daha sirr deyil”, – Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy fevralın 9-da bəyanatında deyib.

Aksoy onu da vurğulayıb ki, Türkiyə uyğur şair və musiqiçi Abdurehim Heyitin həbsdə “faciəvi” ölümündən xəbər tutub. O, mahnılarına görə səkkiz il həbs cəzasına məhkum edilmişdi.

Çinin Ankaradakı səfirliyi Aksoyun dediklərini “tamamilə qəbuledilməz” adlandırıb.

Pekin uyğurlar və digər müsəlman türkdilli icmalara münasibətinə görə getdikcə artan beynəlxalq təzyiq altındadır.

BMT ekspertləri ötən il açıqladıqları hesabatda bildirirdilər ki, Çində “ekstremizmə qarşı mərkəzlər”də bir milyon adam saxlanır. Ekspertlər milyonlarla adamın məcburən təhsil düşərgələrinə göndərildiklərini deyirdilər.

Çin isə “könüllü təhsil mərkəzləri”nin məqsədinin adamları terrorçuluqdan uzaqlaşdırmaq, onların cəmiyyətə inteqrasiyasına imkan yaratmaq olduğunu deyir.

Çində yaşayan 15 milyon uyğur isə Pekin rejiminin idarəçiliyindən şikayətlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG