Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:54

Yol qəzasında altı şaxtaçı həlak olub


Hadisə yeri

Rusiyanın Sibirdə yerləşən Kemerovo regionunda yol qəzasında altı şaxtaçı həlak olub.

Regional Səhiyyə Departamentinin məlumatına görə, fevralın 8-də şaxtaçıları Raspadski kömür mədəninə aparan avtobus aşıb, altı nəfər ölüb, 17 nəfər yaralanıb.

Yaralılardan dördünün vəziyyəti ağırdır.

Yol polisi avtobusun çevrildiyini, yoldan çıxaraq 10 metrlik dərəyə düşdüyünü bildirir.

Hadisə Mejdureçensk şəhərində baş verib.

Kemerovo prokurorluğu hadisənin araşdırıldığını açıqlayıb.

XS
SM
MD
LG