Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:22

100 tikinti şirkətindən şikayət olunub


Prezident Administrasiyası

2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti ilə bağlı şikayətlər ünvanlayıblar.

Bu barədə Prezident Administrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da dərc edilən «Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir» sərlövhəli yazısında bildirib.

Şöbə müdiri qeyd edib ki, şikayətlərdə çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə əməl edilməməsindən bəhs olunub.

Onun vurğulamasına görə, eyni zamanda, bəzi şirkətlərdə bildirilib ki, mənzillər bir sıra hallarda iki və daha artıq şəxsə satılıb.

Yazıda habelə bildirilib ki, ötən il respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 828 mindən çox vətəndaş qəbul edilib. Onların 56.7 faizi mərkəzi, 43.3 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunublar.

Şikayətlərin 2017-ci illə müqayisədə azaldığı vurğulanır.

Yazıda habelə iddia olunub ki, mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 32.3 faizi müsbət həll olunub.

«3.1 faizi qismən təmin edilib, 10 faizi əsassız sayılıb, 36.6 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 12.7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, 5.3 faizi icradadır», - deyə yazıda vurğulanıb.

Multimedia

XS
SM
MD
LG