Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:51

Yunanıstan Makedoniyanın NATO üzvlüyünə yol açan sənədi qəbul etdi


Yunanıstanın NATO-dakı səfiri Spiros Lambridis (solda) Makedoniya xarici işlər naziri Nikola Dimitrovu təbrik edir
Yunanıstanın NATO-dakı səfiri Spiros Lambridis (solda) Makedoniya xarici işlər naziri Nikola Dimitrovu təbrik edir

Yunanıstan parlamenti qonşu Makedoniyanın NATO-ya qoşulmasını mümkün edən sənəndi qəbul edərək iki ölkə arasında onilliklərdir davam edən mübahisəyə son qoyub.

Fevralın 8-də axşam saatlarında keçirilmiş səsvermədə Makedoniyanın NATO-ya üzv olması üçün protokol 153-140 nisbəti ilə qəbul olunub.

İndi protokolu alyansın bütün üzv ölkələri ratifikasiya etməlidirlər.

***

Fevralın 8-də Makedoniyanın NATO-ya qoşulma protokolunun Yunanıstan parlamentində səsverməyə çıxarılacağı gözlənir.

Makedoniya ölkənin adının dəyişdirilməsilə bağlı ötən il Yunanıstanla razılaşma əldə edib. Bundan sonra bu keçmiş Yuqoslaviya respublikası Şimali Makedoniya adlanacaq.

Yunanıstan şimalında eyniadlı vilayət olduğu üçün Makedoniyanın NATO və AB üzvlüyünə qarşı çıxırdı.

Səsvermənin axşam saatlarında keçiriləcəyi gözlənir.

Hər iki ölkənin millətçiləri ad məsələsi üzrə danışıqlara qarşı çıxıblar. Onlar qarşı tərəfə həddən artıq güzəştə gedildiyini bildiriblər.

Amma Yunanıstanın Baş naziri Alexis Tsipras makedoniyalı həmkarı Zoran Zaev-lə birlikdə münasibətlərin normallaşmasını hədəfləyən razılaşmanı əldə edə bildilər.

XS
SM
MD
LG