Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 08:39

ABŞ aprelin sonunadək Suriyadan ‘tam çıxacaq’


Suriyada ABŞ əsgəri, arxiv fotosu

Pentaqon aprelin sonunadək Suriyadan ABŞ əsgərlərini tam çıxarmağı planlaşdırır. Bu haqda “The Wall Street” qəzeti yazıb.

Qəzetin fevralın 7-də yazmasına görə, ABŞ administrasiyasının əsgərlər çıxarılandan sonra kürd döyüşçülərin qorunmasıyla bağlı plan hazırlamasına baxmayaraq, çıxarılma həyata keçiriləcək.

Məlumatda ABŞ-ın indiki və keçmiş rəsmilərinə istinad edilir, amma ad çəkilmir.

Dövlət Departamenti rəsmisi isə bu yazılanlara cavab olaraq deyib ki, Birləşmiş Ştatlar Suriyadan “hərbi qüvvələrin çıxarılması üçün qrafik qurmayıb”. Müdafiə Departamenti isə şərh verməkdən imtina edib.

Prezident Donald Trump dekabrda Suriyadakı 2 min əsgərini çıxaracağını elan etməklə ABŞ konqresmenlərini və beynəlxalq müttəfiqləri təəccübləndirib.

Tənqidçilər bu addımın yaradacağı boşluğun Suriya və qonşu İraqda İŞİD və Al-Qaeda yaraqlılarının yenidən baş qaldırması ilə nəticələnə biləcəyini deyirlər.

XS
SM
MD
LG