Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:48

İranda kütləvi əfv fərmanı imzalanıb


Livanın Hizballah qruplaşması tərəfdarı Ayətulla Ali Khamenei-nin portretini qaldırır

İranın dövlət televiziyası Ali dini lider Ayətulla Ali Khamenei-nin islam inqilabının 40-cı ildönümü münasibətilə “xeyli sayda” məhbusu əfv etdiyini bildirir.

“The Associated Press” əfvə düşən məhbusların sayının açıqlanmadığını yazır. Amma daha öncə yayılmış məlumatlarda əfvin 50 minədək məhbusa aid olacağı deyilirdi. Bu, indiyədək verilmiş ən böyük əfv ola bilər.

Bəzi məhbusların buraxılacağı, bəzilərinin cəza müddətinin azalacağı vurğulanır.

İran 1979-cu il inqilabının 40 illiyini qeyd edir. O zaman qərbin dəstəklədiyi monarxiya devrildi, ruhani isteblişmenti hakimiyyətə gəldi.

İranda 240 minədək məhbusun olduğu bəllidir. Bu ölkədə ikili vətəndaşlığı olan qərblilər dövlət təhlükəsizliyini hədələmək iddiaları ilə saxlanıb. Amma həmin şəxslərdən hansınınsa əfvə düşüb-düşmədiyi bəlli deyil.

XS
SM
MD
LG