Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 16:51

ABŞ ordusu İsraildən “Dəmir Günbəz” alacaq


Dəmir Günbəz sistemi

ABŞ ordusu İsraildən 2011-ci ildən bəri işlətdiyi Dəmir Günbəz raket müdafiə sistemi almağı planlaşdırdığını deyib.

Pentaqon fevralın 6-da bildirib ki, təhdidləri önləməkdən ötrü radar və tutucu raketlərin yerləşdiyi bu sistemdən əvvəlcə sınaq məqsədilə istifadə olunacaq.

ABŞ ordusunun polkovniki Patrick Seiber bəyanatında deyib ki, Dəmir Günbəz təcrübədən çıxarılaraq dəyərləndiriləcək.

İsrailin Baş naziri Benjamin Netanyahu bu sistemin satışını “ölkə üçün böyük uğur” adlandırıb.

Dəmir Günbəz yaxınlaşmaqda olan qısamənzilli raketləri aşkarlayaraq onları elə havadaca məhv edən raketlər atır. Bu sistem istənilən hava şəraitində işləyir və asanlıqla daşınır.

İsrail rəsmiləri bu sistemin uğur göstəricisinin 90 faiz olduğunu deyir.

Qəzzə zolağında Fələstin yaraqlılarının atdığı raketlər ən çox bu sistemlə vurulur.

XS
SM
MD
LG