Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:13

Zəlzələdə xəsarət alanların durumu


Ağsu

Fevralın 5-i gecə baş verən zəlzələ nəticəsində həyəcandan beyninə qan sızdığı bildirilən və xəstəxanaya yatırılan 58 yaşlı Şamaxı rayon sakinin vəziyyəti normallaşıb.

Bunu xəstəxananın baş həkimi Səməd Fətəliyev bildirib: «Xəstənin vəziyyəti sabitdir, artıq reanimasiyadan terapevtik bölməyə keçirilib. Bu xəstə şəkərli diabetdən və qan təzyiqindən əziyyət çəkir. Zəlzələ zamanı həyəcan keçirib və beyinə qan sızması baş verib».

S.Fətəliyevin sözlərinə görə, zəlzələ zamanı xəsarət alan daha üç nəfər isə fevralın 6-da evə buraxılıb. Zəlzələ ilə bağlı ölkənin başqa rayonlarında bir elə xəsarət alan olmayıb.

Rayonlara dəyən ziyan hesablanır

2019-cu il fevralin 5-i gecə saatlarında Azərbaycanda baş vermiş zəlzələnin ən güclü hiss olunduğu Şamaxı, İsmayıllı və Ağsu rayonlarında ziyanın həcminin müəyyən olunması həyata keçirilir.

Bunu hər üç rayonun icra hakimiyyətlərinin təmsilçiləri bildiriblər. Onların sözlərinə görə, əhalidən ziyanla bağlı gələn məlumatlar əsasında yerlərdə evlərə və obyektlərə baxış keçirilir.

Verilən məlumata görə, Komissiyanın tərkibi rayon icra hakimiyyətləri və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarından ibarətdir. Hələlik, dəyən ziyanın həcminin hesablandığı bildirilir. İcra hakimiyyətlərindən bildirildiyinə görə, çox güman ki, yaxın vaxtlarda bu barədə ilkin dəqiqləşdirilmiş rəsmi məlumatlar açıqlanacaq.

Xatırlatma

Fevralın 5-si gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilir.

Multimedia

XS
SM
MD
LG