Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:36

'Gənclərin sayı azalır'-Media icmalı


Gənclər
Gənclər

Əhalisinin sosial müdafiəsi, gənclərin sayının azalması, səhiyyənin vəziyyəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Gənclərın sayının artmasında geriləmə

Azadliq.info saytında «Ölkə gənclərinin sayında 25 faiz azalma» sərlövhəli yazı oxumaq olar.

Sayt Dövlət Statistika Komitəsinin məlumatına istinad edən iqtisadçı Nemət Əliyevin hesablama və düşüncələrinə yer verib.

Yazıda bildirilir ki, gənclərin sayı son illər azalmaqdadır. Müəllifin fikrincə, belə nəticələrə görə hesabatlar verilməli, istefalar gündəmi zəbt etməliydi: «2011-ci ildən başlayaraq 2019-cu ilin əvvəlinədək ötən dövrdə 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 228.1 min nəfər, 26 faiz, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 183.4 min nəfər və ya 19 faiz azalıb. Bu iki yaş qrupu (15-24) üzrə ümumi azalma 411.5 min nəfər və ya 23 faiz təşkil edir».

Yazıda vurğulanıb ki, 2011-ci illə müqayisədə 25-29 yaş qrupu üzrə 7 faiz artım var. Amma onun açıqlamasına görə, 2016-cı ildən başlayaraq bu yaş qrupunun sayında da azalma başlayıb. «Ürək parçalayan bu rəqəmləri və tendensiyanı sakitcə seyr etmək, heç nə olmamış kimi üzərindən sükutla keçmək əsla mümkün deyil. 20 faiz torpaqları işğal altında olan bir ölkə üçün bu nəticələr dözülməzdir. Mənfi tendensiyanın daha da sürətlənməsi hər kəsi düşündürməlidir», - deyə N. Əliyev qeyd edib.

İqtisadçı yazının sonunda isə öz tövsiyələrini çatdırıb: «Gənclərin həyatını alt-üst edən ağır sosial-iqtisadi şəraitin sağlamlaşdırılması, ilk növbədə isə onların normal maaşlı iş yerləri ilə, mənzillə təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. «Burda mənəm, Bağdadda kor xəlifə», yaxud da «babam mənə kor deyib, gəlib-gedəni vur deyib» fəlsəfəsi ilə irəli getməyin mümkün olmamasını, nəhayət, anlamaq gərəkdir. Sonra çox gec ola bilər».

Ə.Əmiraslanov
Ə.Əmiraslanov

Komitə sədri xaricə müalicəyə gedənlərin azaldığını düşünür

Modern.az saytında «Əhliman Əmiraslanov: 2020-ci ilədək Azərbaycanda tibbi sığorta tətbiq ediləcək» sərlövhəli yazı yer alır.

Yazıda Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan səhiyyəsinin bugünkü durumu və cəmiyyəti narahat edən xəstəliklər barədə modern.az-ın suallarına cavab verib.

Komitə sədri onkoloji xəstələrin sayının artması ilə bağlı suala belə cavab verib: «Tamamilə razıyam ki, son illərdə onkoloji xəstəliklərin təsadüf olunma göstəriciləri artıb. Ən çox yayılan kişilər arasında ağciyər, prostat vəzi, qadınlar arasında süd vəzi xərçəngidir».

Ə.Əmiraslanov onkoloji xəstəlikləri doğuran səbəblərə də toxunmağa çalışıb: «Onkoloji xəstəliklərin əmələ gəlmə səbəbini dəqiq bilmirik. Amma bütövlükdə dünyanın aparıcı klinikalarında bir neçə min xəstə üzərində aparılan geniş miqyaslı tədqiqatlar təsdiq edib ki, onkoloji xəstəliklərin əmələ gəlməsində birinci yeri qida faktoru tutur. İkinci yerdə siqaret çəkmək və ətraf mühit, üçüncü reproduktiv münasibətlərin pozulması – reproduksiyadır».

Komitə sədri Azərbaycan vətəndaşlarının bəzən yerli hakimlərə inanmsızlığına da münasibət bildirib: «İnsanlarımızda belə fikir formalaşıb - xəstələndinsə, maddi imkanın varsa, hökmən xarici ölkəyə getməlisən. Bu axın əvvəllər daha çox idi, mənə elə gəlir, son illərdə azalıb. Biz həmişə «peyğəmbəri kənarda axtarırıq»...».

Ə.Əmiraslanov söhbətdə həmçinin deyib ki, bu il, dövlət başçısının sərəncamında da qeyd olunduğu kimi, ölkə üzrə bütövlükdə icbari tibbi sığortaya keçməkdən ötrü bütün lazımi tədbirlər görüləcək.

İ.Əliyev Goranboyda məcburi köçkünlər üçün qəsəbənin açılışında
İ.Əliyev Goranboyda məcburi köçkünlər üçün qəsəbənin açılışında

Sosial müdafiə

«Azərbaycan» qəzetində «Kapital təyinatını dəyişir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, mütərəqqi ölkələrdə bütün iqtisadi imkanlar sonda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifahının yaxşılaşdırılmasına yönəldilir. Yazıda Azərbaycan da bu ölkələr sırasına daxil edilir.

Müəllif vurğulayıb ki, ölkədə neft bumu başlamazdan öncə dövlət başçısı seçilən İlham Əliyev əsas məqsədin neft kapitalını insan kapitalına çevirmək olduğunu bəyan edib. Yazıda hazırkı dövlət başçısı İ.Əliyevin hakimiyyətdə olduğu 15 il dəyərləndirilir: «Məcburi köçkünlər üçün 102 qəsəbə salınıb, bu hesaba 290 min soydaşımız evlə təmin olunub. Şəhid ailələrinə 6600-dən çox mənzil, müharibə əlillərinə 6144 avtomobil verilib. Ölkə üzrə qaz təchizatı 95, içməli su təminatı 70 faizə çatıb. 3200-dən çox məktəb binası, 640 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir olunub, 15 min kilometr avtomobil yolu çəkilib, nəhayət, 2 milyondan çox iş yeri açılıb və s».

Yazıda habelə bildirilir ki, prezidentin fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə başlanıb. Yazı sonda da bu cümlələrlə başa çatır: «Ötən il həmçinin, əhalinin müxtəlif təbəqələrindən olan şəxslərə verilən prezident təqaüdləri artırılıb. Artım eləcə də fəxri adlara görə verilən təqaüdləri əhatə edib».

XS
SM
MD
LG