Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:02

Karl Marx-ın məzarı təhqir edilib


Arxiv fotosu

Karl Marx-ın Londonun şimalındakı qəbiristanlıqda məzarı təhqir edilib, məzar daşının çəkiclə dağıdıldığı bildirilir.

Fevralın 5-də yayılmış məlumata görə, Britaniyanın xüsusi tarixi maraq kəsb edən strukturlar siyahısına daxil olan məzar son bir neçə gün ərzində təhqir olunub.

Highgate məzarlığını qoruyan qurum bunu “məqsədli hücum” adlandırıb.

Almani filosofu və iqtisadçısı olan Marx 1883-cü ildə Highgate məzarlığında dəfn olunub. Sonradan onun məzarı üstünə böyük bürünc büst qoyulub, lövhədə isə “Bütün dünyanın fəhlələri birləşin” sözləri yazılıb.

“Kommunist manifesti”, “Kapital” yazıçının əsərləri sırasındadır. Hər il onun məzarını dünyadan xeyli turist ziyarət edir.

XS
SM
MD
LG