Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:07

10 sərnişin xəsarət alıb


Təcili tibbi yardım

Fevralın 6-sı səhər saatlarında Bakıda yük maşını ilə 551 saylı marşrut avtobusu arasında qəza baş verib. 10 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, xəsarət alanlar 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıblar. Xəsarət alanların 6 nəfəri kişi, 4 nəfəri qadındır.

Nazirlikdən həmçinin bildirilib ki, Mərkəzə gətirilən yaralılardan 4 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: «Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib, vəziyyətləri orta sabitdir».

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) də məlumat yayıb.

BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev AZƏRTAC-a bildirib ki, fevralın 6-da saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində 551 saylı marşrut xətti üzrə hərəkətdə olan mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Nəticədə mikroavtobus yol kənarında dayanmış «DAF» markalı yük avtomobilinə dəyib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı, hələlik, sürücülərin mövqeyini öyrənmək mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG