Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:26

Valyuta satışı son bir ildə iki dəfə artıb


Dollar

Azərbaycan Dövlət Neft Fondu (ADNF) bu ilin yanvarında 634.9 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Bu barədə Fond bu gün, fevralın 6-da məlumat yayıb.

Qurum 2018-ci ilin eyni ayında isə 299.1 milyon ABŞ dolları məbləğində vəsait satdığını açıqlamışdı.

Amma bu ilin yanvarında dollar satışı ötən ilin dekabrından belə geridə qalıb. Fond ötən ilin dekabrında 677.1 milyon ABŞ dolları məbləğində vəsait satmışdı.

2018-ci ilin noyabrında isə bu göstərici 654.1 milyon ABŞ dolları olmuşdu.

Ötən ilin ikinci yarısında valyuta satışında artım müşahidə edilib.

Son illər valyuta hərraclarına ADNF-in vəsaitləri çıxarılır.

Multimedia

XS
SM
MD
LG