Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:40

Rusiyada Yehova şahidinə 6 il həbs kəsilib


Dennis Christensen

Məhkəmə Dennis Christensen-i qadağan olunmuş ekstremist təşkilata üzvlükdə təqsirli bilərək ona altı il həbs cəzası kəsib.

İttiham tərəfi məhkəmədə bildirib ki, Christensen Oryolda təşkilatın mülkiyyətini idarə edib, ianə yığılmasını təşkil edib, daha çox tərəfdar cəlb etmək məqsədilə dini ədəbiyyat paylayıb.

Christensen isə məhkəmədə deyib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) onu ittihamları boynuna almaqdan ötrü dilə tutub, daha yumşaq cəza vəd edib.

Onun deməsinə görə, etiraf etmək istəməyəndə FSB əməkdaşı onu 10 il həbs cəzasıyla hədələyib.

Amnesty International təşkilatı fevralın 5-də Christensen-i buraxmağa çağırıb, onun “sadəcə din azadlığı hüququndan istifadə etdiyi üçün məhkəmə qarşısına çıxarıldığını” bildirib.

***

Fevralın 6-da Rusiyada regional məhkəmə Yehova şahidinə hökm oxuyacaq. Danimarkalı Dennis Christensen iki ildir ekstremizm ittihamları ilə saxlanıb.

O, 2017-ci ilin mayında ölkənin qərbində yerləşən Oryol şəhərində saxlanıb. Bundan bir ay öncə Ali Məhkəmə sözügedən dini qrupun Rusiya ərazisində fəaliyyətinin qadağan olunması barədə qərar çıxarmışdı.

Christensen həmin qadağadan sonra Rusiyada saxlanmış ilk Yehova şahididir. O vaxtdan qrupun onlarla üzvü saxlanıb.

Vəkilləri Christensen-ə bəraət istəyir, prokurorlar isə 6 il yarım həbs cəzası tələb edib. Bu iş üzrə maksimum cəza 10 ildir.

ABŞ-ın Nyu York ştatında yerləşən Yehova Şahidləri təşkilatına bir sıra hökumətlər şübhəylə yanaşır. Əsas səbəb bu qrup üzvlərinin hərbi xidmət, səsvermə, hökumətin səlahiyyətinə dair tutduğu mövqedir. Qrup Rusiyada 170 minədək ardıcılının olduğunu deyir.

Ali Məhkəmə 2017-ci il çıxardığı qərarda qrupun əmlakının müsadirəsinə, onun ardıcıllarının ölkədə fəaliyyətinin yasaqlanmasına göstəriş verib.

XS
SM
MD
LG