Moskvanın mərkəzində yaşayış binasında yanğın olub, fövqəladə xidmət rəsmiləri azı dörd nəfərin həlak olduğunu bildirirlər.
Nikitski bulvarında yerləşən binadakı yanğının fevralın 4-nə keçən gecə davam etdiyi, 2 min kvadrat metrlik əraziyə yayıldığı vurğulanır.
Fövqəladə xidmətdəki mənbə TASS dövlət agentliyinə deyib ki, binadakı taxta döşəmələr yanğının sürətlə yayılmasına kömək edib.
Yanğından 42 nəfər xilas edilib.
Rəsmilər binada 100-dən artıq mənzilin olduğunu deyir.
Yanğın 5-ci mərtəbədən başlanıb. 1912-ci ildə tikilmiş bu bina “mədəni irs” status alıb.