Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:57

Pentaqon Meksikayla sərhədə 3 min 750 əsgər göndərir


ABŞ-Meksika sərhədində miqrantlar

Pentaqon bildirir ki, sərhədçilərə kömək və daha 240 kilometrlik tikanlı məftil çəkmək üçün ABŞ-Meksika sərhədinə əlavə 3 min 750 əsgər göndərir.

Bununla da cənub sərhədində əsgərlərin sayı 4 min 350-yə qalxacaq. Əsgərlərin sentyabrın 30-dək sərhəddə qalacağı bildirilir.

Prezident Donald Trump ilk dəfə ötən ilin aprelində Mərkəzi Amerikadan gələn miqrantların qarşısını kəsməkdən ötrü sərhədə əsgər yollayıb. Tənqidçilər onu ordudan siyasətdə yararlanmaqda suçlayıb.

Müdafiə nazirinin vəzifəsini icra edən Pat Shanahan ötən həftə deyirdi ki, sərhəddə əlavə tikanlı məftil çəkməyə əsgərlər göndəriləcək, onlar həm də yeni mobil nəzarət, ərazinin monitorinq sistemini gerçəkləşdirəcəklər.

Trump sərhəddə böhran yaşandığını deyir, hasarlanmasına pul tələb edir. Demokratlar isə bunu gərəksiz xərc hesab edirlər.

Maliyyə məsələsinə görə qarşıdurma hökumətin 35 gün ərzində bağlanmasıyla sonuclanıb.

XS
SM
MD
LG