Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:21

İranın kosmik mərkəzində yanğında 3 alim həlak olub


Imam Khomeini Kosmik Mərkəzindən çıxan raket

İran Kosmik Tədqiqatlar Mərkəzində yanğında üç alim həlak olub.

İranın Telekommunikasiya naziri Mohammad Javad Azari Jahromi fevralın 3-də deyib ki, alimlər mərkəzin “binalarının birində yanğında” həlak olublar.

Ölənlərin adları və vəzifələri açıqlanmır.

Məlumatların birində yanğın baş verərkən mərkəzin başqa bir hissəsində İslam İnqilabının 40-cı ildönümünün keçirildiyi vurğulanır.

İranın kosmik proqramı Vaşinqtonla Tehran arasındakı gərginliyi artırıb.

Prezident Hassan Rohani deyib ki, İran tezliklə özünün istehsal etdiyi raketlərlə orbitə iki peyk buraxacaq. Birləşmiş Ştatlar isə bunun ölkənin ballistik raket hazırlamasına töhfə verəcəyindən narahatdır.

XS
SM
MD
LG