Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Erdogan jurnalistin qətlindən sonra Birləşmiş Ştatların 'susqunluğu'nu pisləyir


Jamal Khashoggi-nin portreti, İstanbuldakı konsulluq qarşısında etiraz aksiyası, oktyabr, 2018-ci il
Jamal Khashoggi-nin portreti, İstanbuldakı konsulluq qarşısında etiraz aksiyası, oktyabr, 2018-ci il

Türkiyə Prezidenti Recep Tayyip Erdogan səudiyyəli jurnalist Jamal Khashoggi-nin dörd ay öncə İstanbuldakı Səudiyyə konsulluğunda qətlilə əlaqədar Birləşmiş Ştatların “hərəkətsizliyini” tənqid edib.

Erdogan fevralın 3-də Türkiyənin TRT dövlət televiziyasına deyib ki, qətldən sonra Amerikanın “susqunluğu”nu anlamır.

“Hər şeyin aydınlaşmasını istəyirik, çünki qəddarlıq, qətl baş verib. Khashoggi-nin qətli sıradan deyil”, – Erdogan vurğulayıb.

Birləşmiş Ştatlarda yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan Khashoggi oktyabrın 2-də qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb.

Səudiyyə əvvəlcə jurnalistin konsulluqda öldürülməsini danırdı. Amma ortaya dəlil qoyulandan, beynəlxalq aləmin tənqidlərindən sonra onun “özbaşına əməliyyat” zamanı öldürüldüyünü etiraf edib.

Ər-Riyad Səudiyyənin vəliəhd şahzadəsi Mohammad Bin Salman-ın qətldə hər hansı formada əli olmasını rədd edib.

ABŞ Prezidenti Donald Trump Səudiyyə rəhbərliyinə sanksiya tətbiq etməyə qarşı çıxdığını, ər-Riyadın “davamlı tərəfdaşı” kimi qalacağını, münasibətlərin pisləşməsindən dolayı iqtisadi itkilərə yol verməyəcəyini deyib.

XS
SM
MD
LG