Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:24

İŞİD-ə qoşulmağa görə ömürlük həbs olundular


İraqda İŞİD-ə qoşulmuş tacikistanlıların uşaqları

İraqda beş tacik qadın İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına üzvlükdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.

Tacikistanın İraq və Küveytdəki səfiri Zubaidullo Zubaizoda AzadlıqRadiosu-na həmin beş nəfərin yanvarın 31-də məhkum edildiyini söyləyib.

Onun sözlərinə görə, Tacikistanın Bağdaddakı səfirliyinin rəsmisi Sadorat Qurbonova, Maftuna Majidova, Gulrukhsor Alieva, Gulbahor Saifulloeva və Mahfuza Qurbonova-nın məhkəməsində iştirak edib.

Zubaizoda deyib ki, Maqsuda Jakhbarova adlı daha bir tacikistanlının məhkum olunması ertələnib, çünki İraq rəsmiləri onun üçün özbək dili tərcüməçisi tapmayıblar.

Tacikistanın rəsmi məlumatlarına görə, ötən il İraqda 43 tacikistanlı qadın İŞİD-ə üzvlükdə təqsirli bilinərək həbsə məhkum edilib. Onlardan 13 nəfəri 20 ildən ömürlüyə qədər həbs cəzası alıb.

Ölkə rəsmiləri son illər 1900 tacikistanlının Suriya və İraqdakı İŞİD yaraqlılarına qoşulduğunu bildirir.

XS
SM
MD
LG