Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Rusiyanın ən yaşlı qadını vəfat edib


Koka Istambulova, 16 may, 2018-ci il

Rusiyanın Çeçenistan regionunda yaşayan ən yaşlı qadını 128, ya 129 yaşında dünyasını dəyişib. Məlumatı onun nəvəsi TASS dövlət agentliyinə verib.

1889-cu ildə anadan olmuş Koka Istambulova-nın “sağlıq durumu əsasən yaxşı idi, yalnız bəzi qan təzyiqi problemləri vardı”, – Ilyas Abubakarov yanvarın 31-də deyib.

“Amma birdən xəstələndi, təngnəfəslikdən şikayətlənməyə başladı. Həkim çağırdıq, iynə vurdu, ancaq özünə gəlmədi”, – nəvə danışıb.

Qadının yanvarın 27-də Bratskoye kəndində basdırıldığı bildirilir.

Pasportunda onun doğum ili göstərilib, amma tarix yoxdur, ona görə 128, yoxsa 129 yaşında olduğu aydın deyil.

Qafqaz region sakinləri adətən çox yaşayırlar.

TASS 10 gün öncə xəbər verirdi ki, Kabardino-Balkariya sakini Nanu Shaova 128 yaşına vəfat edib və Rusiyanın ən yaşlı qadını olub. Mayda onun 129 yaşının tamam olacağı bildirilirdi.

XS
SM
MD
LG