Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

Amnesty International ABŞ-ın siyasətini tənqid edir


ABŞ-Meksika sərhədi
ABŞ-Meksika sərhədi

Amnesty International hüquq müdafiə təşkilatı Birləşmiş Ştatların Meksikayla sərhədinə gələn sığınacaq axtaranlara qarşı siyasətini pisləyib, onu “utancverici, pis niyyətli və qanunsuz” adlandırıb.

Qrup yanvarın 31-də bildirib ki, Birləşmiş Ştatlar sığınacaq axtaranları məhkəmələrini gözləməkdən ötrü Meksikaya göndərməklə beynəlxalq hüququ pozur.

“Bu, sürgündür, təqib riski olan fərdlərin daha çox ziyan görə biləcəyi ölkəyə qaytarılmasıdır”, – Amnesty International-ın İrlandiya bölməsinin icraçı direktoru Colm O'Gorman deyib.

Prezident Donald Trump bu siyasəti ötən il irəli sürüb, ona “Meksikada qalın” adını verib.

Donald Trump
Donald Trump

ABŞ administrasiyası bildirir ki, məqsəd Trump-ın “tut və burax” adlandırdığı praktikaya son qoymaqdır. Yəni daha sənədsiz miqrantların sərhədi keçməsinə, məhkəmədə onların işinə baxıldığı müddətdə Birləşmiş Ştatlardan sığınacaq istəməsinə icazə verilməyəcək.

Birləşmiş Ştatlar rəsmilərinin bildirməsinə görə, bu adamların çoxu bir daha məhkəməyə gəlmirlər, ABŞ-da qanunsuz mühacirə çevrilirlər.

Hazırda 800 min müraciət baxılmasını gözləyir. Mühacirlərin çoxu Mərkəzi Amerikadan, əsasən Hondurasdan, Qvatemaladan, El Salvadordan qaçır.

İnsan haqları qrupları və ABŞ rəsmiləri miqrantların Meksikanın sərhəd regionlarında işgəncə gördüyünü, zorlandığını, öldürüldüyünü bildirir.

Qanunsuz immiqrasiya administrasiya və konqresmenlər arasında qızğın müzakirə mövzusudur. Trump və respublikaçıların tədbirlər görülməsinə, məsələn, cənub sərhədinin hasarlanmasına çağırır. Demokratlar isə belə bir hasarı qanunsuz mühacirlərin qarşısını almaqdan ötrü səmərəsiz və bahalı metod sayır.

XS
SM
MD
LG