Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:34

Axtarışda olan sabiq icra başçısı haqqında yeni qərar


Hakim

Ağcabədinin keçmiş icra başçısı Münsif Səfərov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb.

Sabiq icra başçısı Rüstəm Bayramovla birlikdə mühakimə olunurdu.

CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan M.Səfərov və R.Bayramov Fərabi Mənsur adlı şəxsi aldadıb, onun evini ələ keçirməkdə və banka girov qoyub pul götürməkdə suçlanır.

Təqsirləndirilən şəxslərdən R.Bayramov həbsdə olsa da, sabiq icra başçısı haqqında məhkəmə dövrü üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Prokuror məhkəmədə onların hər birinə 8 il həbs cəzası istəmişdi. Bundan sonrakı məhkəmə iclaslarına M.Səfərov gəlmədi. Bu üzdən Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında həbsli axtarış qərarı çıxardı.

Yanvarın 31-də bu iş üzrə hökm elan edilib. Hökmə əsasən, R.Bayramov təqsirli bilinsə də, ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Axtarışda olan sabiq icra başçısı haqqında cinayət işi isə ayrıca icraata verilib.

Multimedia

XS
SM
MD
LG