Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Türkmənistan nəqliyyat sistemini özəlləşdirəcəyini deyir


Aşqabadda siqaret növbəsi
Aşqabadda siqaret növbəsi

Türkmənistan dövlətə məxsus nəqliyyat sisteminin böyük hissəsini özəlləşdirəcəyini, Elmlər Akademiyasına maliyyəni də tədricən kəsəcəyini deyir. Bu ölkə dərin iqtisadi çətinliklər yaşayır və enerji sektorunda davamlı azalma yaşadığı bir vaxtda pula qənaət etmək istəyir.

Avtoritar prezident Gurbanguly Berdymukhammedov-un yanvarın 30-a imzaladığı fərmanda deyilir ki, özəlləşdirmə prosesinin məqsədi “milli iqtisadiyyatda rəqabətliliyin güclənməsinə yardım etmək”, investisiyanı artırmaq, kiçik və orta biznesi möhkəmlətməkdir.

Nəqliyyat sənayesinin transformasiya qanunvericiliyini hazırlamaqdan ötrü prezident Ədliyyə Nazirliyinə üç ay vaxt verib, amma xarici şirkətlər özəl sektora yatırım edə biləcəkmi, bu, hələ aydın deyil.

Hökumət bildirir ki, Elmlər Akademiyasına dövlət yardımı üç il ərzində kəsiləcək və qurum optimallaşdırılacaq.

Gurbanguly Berdymukhammedov liman açılışında
Gurbanguly Berdymukhammedov liman açılışında

ÇİNƏ 35 MİLYARD KUBMETR QAZ İXRAC OLUNUB

61 yaşlı Berdymukhammedov sələfi Saparmurat Niyazov 2006-cı ilin dekabrında dünyasını dəyişəndən bu qazla zəngin keçmiş sovet respublikasına rəhbərlik edir. Hökumətin tənqidçiləri və insan haqları qrupları onun narazıları susdurduğunu, repressiya içində yaşayan ölkədə cüzi dəyişikliklər etdiyini deyir.

2014-cü ildə karbohidrogen qiymətləri iflas edəndən türkmən manatı dəyərinin beşdə birini itirib. Rusiyanın Gazprom enerji nəhənginin 2016-cı ildən türkmən qazının alışını dayandırması isə “dərd üstə dərd gətirib”.

Bundan sonra Türkmənistan Çindən daha çox asılı vəziyyətə düşüb, ötən il Çinə 35 milyard kubmetr türkmən qazı ixrac olunub.

Bir il öncə Berdymukhammedov əhaliyə havayı təbii qaz, elektrik, su verilməsini də kəsib. Bu təcrübə ölkədə 25 il mövcud olub.

Yanvarın 25-də Türkmənistan çoxmilyardlı magistral yolun çəkilməsinə başlayıb və bunun regional ticarətə töhfə verəcəyinə ümid edir.

Dördcərgəli yol paytaxt Aşqabadı Özbəkistanla sərhəddəki Turkmenabat şəhərinə birləşdirəcək.

Layihənin 2,3 milyard dollara başa gələcəyi, 600 kilometrlik səhradan keçəcəyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG