Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:05

Malayziyada yeni kral taxta çıxıb


5-ci Sultan Muhammad

Malayziyada rotasiyalı monarxiya sistemi çərçivəsində 16-cı kral taxta çıxıb. Bundan əvvəlki monarxın keçmiş rusiyalı gözəllik kraliçasıyla evlənməsi xəbəri yayılandan sonra taxtdan əl çəkib.

5-ci Sultan Muhammad bir ay öncə hakimiyyətdən gedib.

Sultan Abdullah Sultan Ahmad Shah-ın tacqoyma mərasimi yanvarın 31-də keçirilib. 59 yaşlı Sultan Abdullah televiziyayla yayımlanan mərasimdə and içib.

Baş nazir Mahathir Mohamad, hökumət üzvləri, digər xadimlər tədbirə qatılıb.

Malayziya 1957-ci ildə Britaniyadan ayrılaraq müstəqillik qazanandan ölkədə krallar hər beş ildən bir dəyişir.

49 yaşlı 5-ci Sultan Muhammad hakimiyyətdə cəmi iki il qalıb, yanvarın 6-da istefa verib. Buna heç bir rəsmi izahat verilməyib. Amma bundan öncə, noyabrda onun 25 yaşlı rusiyalı gözəllik kraliçası ilə evlənməsi barədə məlumat yayılmışdı.

Malayziyada kral postu daha çox protokol xarakterlidir, amma ona əhali arasında böyük sayqı var və onları tənqid etmək qadağandır.

XS
SM
MD
LG