Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:48

'Cümhuriyyətin varisi olan bir məmləkətdə...'-Media icmalı


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadəyə münasibət, regionların inkişafına dair dövlət proqramları və başqa məsələlər medianın aparıcı mövzularındandır...

M.Ə.Rəsulzadəni niyə qısqanırlar?

Ayna.az saytında «Vətənimizin simayi-möhtərəmi» sərlövhəli yazı oxumaq olar.

Qulu Məhərrəmlinin müəllifi olduğu yazı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 135-ci doğum gününə (31 may) həsr edilib.

«1955-ci il martın 7-də şaxtanın iliyə işlədiyi soyuq havada Ankaranın Əsri məzarlığında dərdli və üzücü bir hüzn hökm sürürdü. Səmadakı tutqun buludlar sanki matəm içində imiş kimi ağır-ağır məzarlığa tərəf axışırdı. Azərbaycan Cümhuriyyətinin banisi, türk dünyasının böyük mütəfəkkiri, ədib və publisist, dünyanın müxtəlif yerlərinə səpələnmiş minlərlə azərbaycanlı mühacirin ümid yeri kimi baxdığı Məhəmməd Əmin Rəsulzadə burada son mənzilə yola salınırdı», - müəllif yazıb.

Müəllif hesab edir ki, XX əsrin böyük siyasi fırtınaları dövründə yaşamış M.Ə.Rəsulzadənin kəskin dramatik epizodlarla, siyasi yüksəliş və çarpışmalarla dolu olan zəngin həyatı böyük romanların, əsl Hollivud filmlərinin mövzusudur: «O, mətbəədə çalışdığı 17-18 yaşlarından siyasi fəaliyyətə başlamış, artıq 19 yaşında ikən «milli hissləri oyatmaq, rus məktəblərində oxudulmayan türkcəni öyrətmək, çarlıq əleyhinə yazılmış bəyannamələri yaymaq» məqsədilə Bakıda Müsəlman Gənclik Təşkilatını yaratmışdı».

Yazının sonunda da müəllif bir sıra sualları gündəmə daşıyır: «M.Ə.Rəsulzadəni niyə qısqanırlar, nəyə görə Cümhuriyyətin varisi olan bir məmləkətdə bu istiqlal fədaisinin xatirəsinə layiq olduğu ehtiram göstərilmir, əksinə, bəzən o, çeşidli nadanların hücumuna məruz qalır? Əlbəttə, belə haqlı sualların çeşidli cavabları ola bilir. Amma bir cavab daha ağlabatandır: Rəsulzadə yeri ürəklərdə olan elə bir işıqdır ki, çoxlarının gözünü qamaşdırır...».

Regionlarda camaatın ən böyük problemi nədir?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Regionlarla bağlı dördüncü proqram

«Yeni Müsavat» qəzetində «Hər bir iqtisadi region üzrə ayrıca proqram işlənməlidir – iqtisadçı» sərlövhəli yazı yer alır.

Yazıda Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqrama (2014-2018) yekun vurulması və dördüncü proqramın (2019-2023) qəbul edilməsindən bəhs edilir.

Yazıda bildirilir ki, dövlət başçısının verdiyi məlumata görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının icrasına ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. «Hesablanıb ki, bunun 4.6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir...», - prezident vurğulayıb.

İqtisadçı-ekspert Pərviz Heydərovun «Yeni Müsavat»a deməsinə görə, regionların sosial-iqtisadi inkişafına dair indiyədək həyata keçirilmiş üç dövlət proqramının ən mühüm nəticəsi regionlarda mükəmməl infrastrukturun formalaşdırılmasıdır: «İndi isə əsas diqqət regionlarda emal və istehsal sahələrinin inkişaf etdirilməsidir. Ölkə prezidentinin verdiyi məlumatdan da aydın olur ki, regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramın qarşısına qoyulan əsas hədəflər kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsidir».

Başqa bir iqtisadçı-ekspert Rövşən Ağayev isə hesab edir ki, yeni proqram tamamilə fərqli formatda olmalıdır: «İlk növbədə, hər bir iqtisadi region üzrə ayrıca proqram işlənməli və həmin proqramlarda aşağıdakılar əks olunmalıdır: 1) Proqramda hər bir regionun spesifikası nəzərə alınmaqla fürsətlər, təhdidlər, zəif və güclü tərəflər (SWOT analiz) 2) Siyasi, hüquqi, iqtisadi, sosial, texnoloji və institusional mühit amillər (PESTLE analiz) 3) Hədəflər, hədəflərə yönəlik fəaliyyətlər, hədəflərə çatmanı ölçmək üçün yekun göstəricilər. 4) Hər bir fəaliyyət üzrə tələb olunan resurslar».

Ələt-Astara-İran sərhədi yolu
Ələt-Astara-İran sərhədi yolu

15 il ərzində…

«Azərbaycan» qəzetində «31 elektrik stansiyası, 15 min kilometr yol, 3272 məktəb binası, 4 böyük su anbarı...» sərlövhəli yazı dərc edilib.

Bu yazıda da 2004-cü ildən start verilən regionların inkişafına dair dövlət proqramları dəyərləndirilir: «Ümumiyyətlə, həmin tarixdən keçən 15 il ərzində ölkəmiz sosial-iqtisadi, eləcə də siyasi arenada böyük uğurlar qazanmışdır. Bu gün Azərbaycan beynəlxalq məsələlərdə rəyi nəzərə alınan ölkədir, bir çox regional məsələlərdə bizimlə hesablaşırlar».

Yazıda prezident İ.Əliyevin yanvarın 29-da «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışından sitat da gətirilir: «Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templə inkişaf etmiş, ümumi daxili məhsul 3.3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2.6 dəfə artmışdır. İxracımız 4.7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edib...».

Müəllif yazıb ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi bölgələrdə daha çox hiss olunur: «15 ildə ümumilikdə sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilib və bu hesaba bölgələrdə 100 mindən çox müəssisə fəaliyyətə başlayıb».

XS
SM
MD
LG