Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 09:53

ABŞ-Çin ticarət danışıqları davam edir


Robert Lighthizer (sağda) və Liu He (saolda)

ABŞ və Çin rəsmiləri altı aydır davam edən, iki ölkənin iqtisadiyyatlarını və qlobal bazarları çalxalamış ticarət mübahisəsini bitirməkdən ötrü danışıqları bərpa ediblər.

Yanvarın 30-da Vaşinqtonda başlamış danışıqlar iki gün çəkəcək. Danışıqları ABŞ-ın Ticarət Təmsilçisi Robert Lighthizer və Çin baş nazirinin müavini Liu He-nin başçılıq etdiyi nümayəndə heyəti aparır.

Həll yolunun tapılmasından ötrü dekabrda elan olunmuş müvəqqəti barışığın bitməsinə bircə ay qalır.

Danışıqlar alınmasa, Birləşmiş Ştatlar martın 2-dən 200 milyard dollarlıq Çin malına rüsumları iki dəfədən çox artıracaq. İqtisadiyyatçılar bu addımım dünya iqtisadiyyatında böyük problemlər yarada biləcəyindən ehtiyatlanırlar.

ABŞ Prezidenti Donald Trump Çini ədalətsiz ticarət aparmaqda suçlayır, bunun Amerikaya iş yerlərinə başa gəldiyini, korporasiyalara ziyan vurduğunu deyir.

Gərginliyi artıran daha bir məqam ABŞ Ədliyyə Departamentinin Çinin Huawei texnologiya nəhənginə ittihamlar irəli sürməsidir. Bu şirkət İrana qarşı sanksiyaları pozmaqda, Birləşmiş Ştatların texnologiya sirlərini oğurlamaqda suçlanır.

Pekin isə ABŞ administrasiyasından bu smarfon və telekommunikasiya avadanlığı istehsalçısına “əsassız təzyiqi” dayandırmağı tələb edir.

XS
SM
MD
LG