Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 19:11

Mueller rusiyalı hakerlərin oğurluğundan danışır


Robert Mueller

Rusiyalı hakerlər bu ölkənin 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə iddialarını araşdıran istintaqı gözdən salmaq üçün dəlilləri oğurlayıb və dəyişiblər. Bunu Rusiya istintaqını aparan xüsusi prokuror Robert Mueller-in idarəsi bildirir.

Prokurorlar yanvarın 30-da Vaşinqtonda yaydıqları bəyanatda bildiriblər ki, @HackingRedstone adlı Twitter hesabı oktyabrın 22-də lovğalanıb ki, seçkiyə müdaxilə üçün Rusiya təbliğat kampaniyasını maliyyələşdirməkdə ittiham olunan şirkətlə bağlı dəlilin bir hissəsini oğurlayıb.

Mueller-in idarəsi deyir ki, həmin Twitter hesabı Concord Management and Consulting LLC-yə aid dəlilin surətini oğurladığını bildirib.

Prokurorları bildirməsinə görə, sözügedən hesabın onlayn yaydığı informasiya “dəyişdirilib və Rusiyanın ABŞ siyasi sisteminə müdaxiləsi üzrə aparılan istintaqı açıq-aşkar gözdən salmağı hədəfləyən dezinformasiya kampaniyasının bir hissəsi olub”.

Mueller ötən ilin fevralın Concord daxil üç quruma və 13 fərdə sosial mediada dezinformasiya yaymaq ittihamı irəli sürüb.

Xüsusi prokuror Rusiyanın Prezident Donald Trump-ın seçki kampaniyası ilə mümkün əlbirliyini də araşdırır. Rusiya və Trump bu iddianı rədd edir.

XS
SM
MD
LG