Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:29

Deputat parlamentin iclasında saxlandı


Rauf Arashukov

Rusiyada deputat parlamentin iclası zamanı saxlanıb. O, Qaraçay-Çərkəz Şimali Qafqaz regionunda iki qətldə əli olmaqda şübhəli bilinir.

Media Rauf Arashukov-un yanvarın 30-da parlamentin yuxarı palatasının – Federasiya Şurasının iclasında saxlandığını xəbər verir. Bundan öncə deputatlar onun toxunulmazlığını ləğv etməyə razılaşıblar.

Arashukov 2010-cu ildə törədilmiş iki qətldə əli olmaqda şübhəli bilinir. Onlardan biri region liderinin müşaviri Fral Shebzukhov, digəri gənclər hərəkatının sədr müavini Aslan Zhukov-dur. İstintaq Komitəsi deputatın digər cinayətlərdə də şübhəli bilindiyini yazır.

Federasiya Şurasının səhər iclası mediaya qapalı keçirilib, palataya girişi Federal Mühafizə Xidmətinin əməkdaşları qapadıb.

Keçmiş bələdiyyə üzvü olan 32 yaşlı Arashukov 2016-cı ilin sentyabrında Federasiya Şurasına üzv seçilib. Onun hakim Vahid Rusiya Partiyasının üzvü olduğu bildirilir.

XS
SM
MD
LG