Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:19

İranın raket sistemlərinin vurma məsafəsini artırmaq ‘niyyəti yoxdur’


Ali Shamkhani

İranın baş təhlükəsizlik rəsmisi deyir ki, ölkəsinin raket sistemlərinin vurma məsafəsini artırmaq niyyəti yoxdur.

Ali Shamkhani yanvarın 29-da danışıb. Bu arada rəsmilər Fransa və digər Qərb ölkələrinin ballistik raket proqramı üzrə danışıqlarla bağlı tələblərini rədd edirlər.

“İranın hərbi raketlərin vurma məsafəsini artırmaqdan ötrü hər hansı elmi, yaxud əməliyyat məhdudiyyəti yoxdur, amma müdafiə doktrinasına əsaslanaraq, raketlərin dəqiqliyini artırmaq üzərində davamlı işləyir, amma vurma məsafəsini artırmaq niyyəti yoxdur”, – İranın Milli Təhlükəsizlik Şurasının katibi olan Shamkhani dövlət televiziyasına deyib.

İran İnqilab Qvardiyasının rəhbəri Mohammad Ali Jafari 2017-ci ildə demişdi ki, ballistik raketlərin vurma məsafəsini 2 min kilometrə məhdudlaşdırıb.

İranın raket proqramlarının məhdudlaşdırılması üzrə danışıqlarda irəliləyiş olmasa, Fransa bu ölkəyə əlavə sanksiyalar qoymağa hazırdır. Bunu Fransanın xarici işlər naziri Jean-Yves Le Drian deyib.

Birləşmiş Ştatlar və digər Qərb ölkələrin İranın nüvə proqramlarının hədəfinin nüvə silahları hazırlamaq olduğunu deyirlər. İran isə bunu təkzib edir.

XS
SM
MD
LG