Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Huawei texnologiya oğurluğunda suçlanır


Las Veqasda sərgidə Huawei-nin stendi

Dünən – yanvarın 28-də Birləşmiş Ştatlar Çinin Huawei Technologies Co Ltd şirkətinə ittihamlar irəli sürüb. “Reuters” agentliyi bunun dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısı ilə savaşı daha da qızışdıracağını yazır.

Ədliyyə Departamenti Huawei-ni və onun baş maliyyə rəsmisini Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını pozmaqda, gizlətməyə çalışdığı bir filial vasitəsilə biznes aparmaqda suçlayır. “Reuters” agentliyi bu haqda hələ 2012 və 2013-cü illərdə xəbər verdiyini qeyd edir.

Ədliyyə Departamenti onu da bildirir ki, Huawei T-Mobile US Inc. şirkətindən robot texnologiyası oğurlayıb. Huawei isə şirkətlərin bu mübahisəni 2017-ci ildə həll etdiyini vurğulayır.

Çinin sənaye nazirliyi Huawei-yə ittihamları “ədalətsiz, mənəviyyatsız” adlandırıb.

Meng Wanzhou
Meng Wanzhou

​Şirkətin baş maliyyə rəsmisi, qurucusunun qızı Meng Wanzhou dekabrın 1-də Vankuverdə saxlanıb. Bundan öncə isə Çin iki kanadalını təhlükəsizlik səbəblərindən saxlamışdı.

ABŞ EKSTRADİSİYA MÜRACİƏTİ EDİB

Şirkət rəsmisi yanlışa yol vermədiyini deyir. O, zaminə buraxılsa da, bu gün məhkəmədə zaminlik şərtlərinin dəyişdirilməsi müzakirə olunacaq.

Bazar ertəsi axşam CBC dövlət televiziyası bildirib ki, Birləşmiş Ştatlar qadının ekstradisiyasını istəyib.

Huawei ittihamlardan “”məyusluğunu” bildirib. Şirkət məsələni ABŞ hakimiyyəti ilə müzakirə etməyə çalışdığını, amma “xahişinin heç bir səbəb göstərilmədən rədd olunduğunu” bildirib.

Çinin Xarici İşlər Nazirliyi “dərin narahatlıq” bildirərək Birləşmiş Ştatları həbs orderini ləğv etməyə, Çin şirkətlərinin “səbəbsiz sıxışdırılması”na son qoymağa çağırıb.

Son baş verənlərin Pekinlə Vaşinqton arasında bu həftəyə gözlənən danışıqları poza biləcəyi ehtimalı yaradıb. Danışıqların məqsədi dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət gərginliyini azaltmaqdır.

ABŞ Prezidenti Donald Trump dekabrda deyib ki, Meng-in işinə müdaxilə edə bilər, əgər bu, milli təhlükəsizlik maraqlarına xidmət edərsə, yaxud Çinlə ticarət sazişi bağlamağa kömək edərsə.

ABŞ-ın Ticarət naziri Wilbur Ross ittihamların ticarət danışıqlarından “tamamilə ayrı” olduğunu deyib.

Kanadanın Ədliyyə naziri 30 gün ərzində ekstradisiya xahişinə baxır. Razılıq verilərsə, Mengin işi Britiş Kolumbiya Ali Məhkəməsinə baxılmağa göndəriləcək və bu, bir neçə həftə, yaxud bir neçə ay çəkə bilər.

XS
SM
MD
LG