Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Nazirlik qızılca ilə bağlı açıqlama yayıb


Səhiyyə Nazirliyi

«Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb».

Bu açıqlama Səhiyyə Nazirliyinin yanvarın 29-da yaydığı məlumatda yer alır.

Məlumatda vurğulanır ki, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. «Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb. Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib», -məlumatda yazılıb.

Mətbuat xidməti bildirir ki, ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi ilə bağlı tapşırıq verib: «Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib. Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir».

Ancaq bəzi ekspertlər 2013-cü ildən 2018-ci ilin sonuna qədər Azərbaycanda qızılca xəstəliyinin özünü göstərməməsi ilə bağlı deyilənlərə bir qədər şübhə ilə yanaşırlar.

Multimedia

XS
SM
MD
LG