Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Pakistan Ali Məhkəməsi xristian qadınla bağlı qərar verdi


Asia Bibinin buraxılmasına etiraz edənlər, noyabr, 2018-ci il
Asia Bibinin buraxılmasına etiraz edənlər, noyabr, 2018-ci il

Son xəbərlərə görə, Pakistan Ali Məhkəməsi xristian qadın Asia Bibiyə bəraət qərarına yenidən baxmağı tələb edən vəsatəti rədd edib.

***

Yanvarın 29-da Pakistan Ali Məhkəməsi küfrdə suçlanan xristian qadına bəraət məsələsi üzrə qərarını açıqlamalıdır.

Asia Bibi-nin vəkili Saiful Mulook deyib ki, islamçıların ötənilki bəraət qərarına yenidən baxmaqla bağlı vəsatətini hakimlərin rədd edəcəyini gözləyir.

Oktyabrda bəraət alandan Bibi gizli yerdə saxlanır. Məhkəmənin qərarı onun azadlığa çıxması yolunda sonuncu hüquqi əngəli aradan qaldıra bilır.

Saiful Mulook
Saiful Mulook

Bibi küfrdə təqsirli bilinərək səkkiz il ölüm cəzasının icrasını gözləyib.

Ali Məhkəmənin ötən il onun məhkumluğunu ləğv etməsi zorakı nümayişlərə səbəb olub, islamçılar qadının öldürülməsinə, ordu içində qiyama, ölkənin baş hakimlərinin qətlinə çağırıblar.

TLP ETİRAZLARA ÇAĞIRIB

O vaxtdan hökumət zorakı etirazların əsas təşkilatçısı sayılan Tehrik-e Labaik Pakistan (TLP) partiyasına təzyiqi artırıb, onun liderləri qiyama çağırışda, terrorçuluqda ittiham olunur.

Amma hakimiyyət eyni zamanda Ali Məhkəmənin qərarına bir daha baxılmasına razılıq verib.

Pakistanda eirazlar, noyabr, 2018-ci il
Pakistanda eirazlar, noyabr, 2018-ci il

TLP yanvarın 28-də bildirib ki, Bibinin buraxılmasının xeyrinə heç bir qərarı qəbul etməyəcək. Partiya ardıcıllarını etirazlara hazırlaşmağa çağırıb.

Polis isə İslamabadda Ali Məhkəmə ətrafında təhlükəsizliyi gücləndirib.

Bibi həmişə günahsız olduğunu, hüquqi çəkişmələr bitən kimi ölkəni tərk edəcəyini deyib. Onun qızları Kanadaya qaçıb, onlara orada sığınacaq verilib.

Vəkili də ölüm təhdidləri aldığından ölkədən qaçmışdı, amma Ali Məhkəmənin qərarı öncəsi Pakistana qayıdıb.

Hazırda Pakistanda 40-dək adamın küfrə görə ya ölüm cəzasının icrasını gözlədiyi, ya da ömürlük həbsə məhkum edildiyi bildirilir. Bunu Birləşmiş Ştatların Din Azadlığı Komissiyası 2018-ci il hesabatında qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG