Keçid linkləri

2025, 15 Yanvar, çərşənbə, Bakı vaxtı 09:39

‘Rusiya istintaqı’ sona yaxınlaşır


Vaşinqtonda Mueller-in istintaqına dəstək yürüşü, arxiv fotosu
Vaşinqtonda Mueller-in istintaqına dəstək yürüşü, arxiv fotosu

Xüsusi prokuror Robert Mueller-in Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisi kampaniyasına mümkün müdaxiləsi üzrə istintaqı sona çatır. Bunu Birləşmiş Ştatların aparıcı ədliyyə rəsmisi deyir.

Baş prokurorun vəzifəsini icra edən Matthew Whitaker yanvarın 28-də danışıb. Bundan bir neçə gün öncə isə Mueller-in təhqiqatçıları Prezident Donald Trump-ın yaxın adamına ittihamlar irəli sürüblər.

Roger Stone-nun ittiham olunması Mueller istintaqının hələ bir müddət davam edəcəyi ehtimalını ortaya çıxarıb.

Vaşinqtonda mətbuat konfransında çıxış edən Whitaker deyib ki, ona Mueller istintaqı barədə “tam məlumat verilib”.

“İSTİNTAQ YEKUNLAŞDIRILMAQ ÜZRƏDİR”

“Məncə, istintaq yekunlaşdırılmaq üzrədir və ümid edirəm, Direktor Mueller-in hesabatnı mümkün qədər tez əldə edəcəyik”, – Whitaker deyib.

Matthew Whitaker
Matthew Whitaker

Whitaker Ədliyyə Departamentinin rəhbərliyinə noyabrda, baş prokuror Jeff Sessions istefa verəndən sonra gətirilib.

Sessions əslində, Muellerin 2017-ci ilin mayından apardığı bu qeyri-adi istintaqa nəzarət etməliydi.

Amma mümkün konflikləri nəzərə alaraq özünü istintaqdan kənara çəkdi, bu işi müavininin öhdəsinə buraxdı. Trump isə bu qərarına görə Sessions-u dəfələrlə tənqid edib.

Whitaker isə özünü istintaqdan kənarlaşmayıb. Baxmayaraq ki, demokratlar onun əvvəllər bu istintaqla bağlı qərəzli bəyanatlarını misal çəkirlər.

Whitaker bu işdə müvəqqətidir, ABŞ Senatı daimi baş prokuror barədə tezliklə səsvermə keçirməlidir.

Mueller-in istintaqı çərçivəsində indiyədək 34 nəfərə ittiham irəli sürülüb.

İttiham olunanlar sırasında Trump-ın milli təhlükəsizlik müşaviri, seçki kampaniyasının keçmiş rəhbəri, keçmiş şəxsi vəkili də var.

XS
SM
MD
LG